')

Bu gün:


FutbolPress.Az | "BAKI"DA AZƏRBAYCANLI QALMADI...

"BAKI"DA AZƏRBAYCANLI QALMADI...


oxunma sayı: 361 Paylaş:

"Bakı"nın yeni çalışdırıcısı Vinfred Şafer daha üç futbolçunu komandadan kənarlaşdırmaq tapşırığı verib. O, hesab edir ki, Elvin Əliyev, Rafael Əmirbəyov və Vyaçeslav Sofroni yeni heyətin tərzinə uyğun deyil.

Məlumata görə, Şaferin istəyi rəsmiləşdirilib. Bunu klubun baş meneceri Zeynal Məmmədov da dolayısıyla təsdiqlədi: "Konkret adlar çəkilməyib, Şafer sadəcə, bir neçə futbolçunu da uzaqlaşdırmaq istədiyini bildirib". Bizdə olan məlumata görə isə uzaqlaşdırılanlar yuxarıdakı adlardı...

Buna qədər ötənilki heyətdən Venyo, Adriano, Kürşad və Ticani qovulmuşdu. Bu gedişlə "Bakı"da yerli futbolçu lap azaldı. Bəxtiyar Solyanovla Cəmşid Məhərrəmovun əsas heyətdə mütəmadi oynamadığını nəzərə alsaq, paytaxt təmsilçisinin yeni mövsümdə tənqidlərə məruz qalacağı ehtimal olunandı.


oxunma sayı: 361 | Paylaş:




?>