')

Bu gün:


FutbolPress.Az | "TVENTE" CAVADOVUN ŞAHİDLİYİ İLƏ SUPERKUBOKU DA QAZANDI

"TVENTE" CAVADOVUN ŞAHİDLİYİ İLƏ SUPERKUBOKU DA QAZANDI


oxunma sayı: 364 Paylaş:

Azərbaycan millisinin hücuçusu Vaqif Cavadovun "Tvente"yə keçidindən sonra bu klubun xəbərlərini müdəmadi izləməli oluruq. Oxucular da bilir ki, futbolçumuza Hollandiya klubunun əsas heyətində oynamaq hələ də nəsib olmayıb.

Bir neçə yoldaşlıq görüşündə qol vursa da, Cavadovu əsas heyətə salmaq niyyətləri reallaşmır. Belə ki, "Tvente" dünən Hollandiyanın əfsanəvi futbolçusu Yohan Kroyffun şərəfinə adlandırılan ölkə Superkubokunun finalında "Ayaks"la qarşılaşıb.

Baş məşqçi Mişel Pryudom Cavadovun adını matçın iştirak ərizəsinə daxil etmişdi, ancaq o, "Amsterdam Arena"da görünmədi. Enshede klubu səfərdə oynasa da, yaxşı təsir bağışlayıb.
Hələ 8-ci dəqiqədə B "Tvente"ni hesabda irəli çıxarıb. Bundan sonra "Ayaks" hücumlar etsə də, qol vura bilməyib. Üstəlik 41-ci dəqiqədən sonra Uruqvay yığmasından tanıdığımız Suaresin qırmızı kart alması vəziyyəti dəyişməyə mane olub.

Oyun elə bu hesabla başa çatıb. Bununla, Cavadov "Tvente"nin əsas heyətində meydana çıxmadan ikinci titula sahibləndi. O, həm Hollandiya çempionudu, həm də Superkubokunun qalibi.

23:00. "Ayaks" - "Tvente" - 0:1
Qol: Bayrami, 8
Baş hakim: Kevin Blom
Amsterdam. "Amsterdam-Arena" stadionu


oxunma sayı: 364 | Paylaş:




?>