')

Bu gün:


FutbolPress.Az | "AKTOBE" III MƏRHƏLƏYƏ QƏLƏBƏYLƏ BAŞLADI

"AKTOBE" III MƏRHƏLƏYƏ QƏLƏBƏYLƏ BAŞLADI


oxunma sayı: 335 Paylaş:

UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Azərbaycanı yarışda təmsil edən "İnter" II mərhələdə "Lex"ə məlub olub mübarizəni dayandırdı. Ancaq Qazaxıstan klubu "Aktobe" inamlı çıxışını davam etdirir.

Bu dəfə İsrailin "Hapoel" (Tel-Əviv) klbunu evdə məğlub ediblər. "Fənərbağça" İsveçrədə qələbəni son dəqiqələrdə əldən verib. "Yanq Boyz"un qonağı olan istanbullular hesabda iki dəfə irəlidə olsalar da, üstünlüyünü qoruya bilməyiblər.

UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi
İlk oyunlar

"Aktobe" (Qazaxıstan) - "Hapoel" (Təl-Əviv, İsrail) - 1:0
Smakov, 67-pen

BATE (Belarus) - "Kopenhagen" (Danimarka) - 0:0

"Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:1
Yeroxin, 35 - Sammir, 3

"Debretsen" (Macarıstan) - "Bazel" (İsveçrə) - 0:2
Ştoker, 34, Caka, 90+2

"Yanq Boyz" (İsveçrə) - "Fənərbaxça" (Türkiyə) - 2:2
Didar, 18, Konstantso, 89 - Əmrə, 5, Stok, 42

AİK (İsveç) - "Rusenborq" (Norveç) - 0:1
Henriksen, 33

"Partizan" (Serbiya) - HİK (Finlandiya) - 3:0
İliyev, 8, İliç, 42, Kleo, 90+2

"Ayaks" (Hollandiya) - PAOK (Yunanıstan) - 1:1
Suares, 13 - İvits, 72

"Braqa" (Portuqaliya) - "Seltik" (Şotlandiya) - 3:0
Alan, 26-pen, Elderson, 76, Mateus, 88

Qeyd edək ki, cavab oyunları avqustun 3-4-də keçiriləcək.


oxunma sayı: 335 | Paylaş:




?>