')

Bu gün:


FutbolPress.Az | "FLUMİNENSE" MURİSİ RAMALYONU BRAZİLİYA MİLLİSİNƏ BURAXMADI

"FLUMİNENSE" MURİSİ RAMALYONU BRAZİLİYA MİLLİSİNƏ BURAXMADI


oxunma sayı: 380 Paylaş:

"Korintians"ı çalışdıran Manu Menezeslə danışıqlar başlayıb

Dünya çempionatından sonra istefaya göndərilən Karlos Dunqanın postuna namizədlər çoxdu. Ancaq federasiya prezidenti Rikardo Teyşeyra millini Murisi Ramalyonun çalışdırmasını istəyir.

Ötən həftənin 5-ci günü Ramalyonun rəsmən yığmaya baş məşqçi təyin olunduğu haqda yayılan xəbərlər artıq təkzib edilir. Ramalyonun "Fluminense"ylə müqaviləsinin müddəti 2012-ci ilə qədərdi. Klub onu mütəxəssislə ayrılmaq istəmir.

55 yaşlı təcrübəli məşqçi indiyə qədər Braziliyanın 11 müxtəlif klubuna rəhbərlik edib. Ramalonun 1993-cü ildən bu tərəfə məşqçilik edən Ramalo 2006-2009-cu il mövsümlərində «San Paulo»nu çalışdırıb və üç çempionluq yaşayıb.

2009-2010-cü il mövsümündə «Palmeyras»ın başında olan 55 yaşlı mütəxəssis 2010-cu ildə «Fluminense»nin ona göndərdiyi təklifi qəbul edib. Kklub Ramalyonun rəhbərliyi ilə geridə qoyduğu 10 həftənin nəticəsində Braziliya Liqasına liderlik edir.

Yeni xəbərlərə görə "Korintians"ı çalışdıran Manu Menezeslə danışıqlar başlayıb.


oxunma sayı: 380 | Paylaş:




?>