')

Bu gün:


FutbolPress.Az | MƏMMƏDYAROV "SPARKASSEN"DƏ UĞURSUZ OLDU

MƏMMƏDYAROV "SPARKASSEN"DƏ UĞURSUZ OLDU


oxunma sayı: 331 Paylaş:

"Sparkassen" beynəlxalq şahmat turniri başa çatıb. Yarışda iştirak edən Şəhriyar Məmmədyarov (2761) son turda bu turnirdə uğursuz çıxış edən dünya çempionu Vladimir Kramnikə (Rusiya, 2790) də uduzub.

Digər görüşlərdə Ruslan Ponomaryov (Ukrayna, 2734) Le Kuanq Lyemlə (Vyetnam, 2681) heç-heçə edib, Peter Leko (Macarıstan, 2734) isə Arkadi Naydiçə (Almaniya, 2684) qalib gəlib.

Beləliklə, 10 turdan sonra 6,5 xalla Ponomaryov "Sparkassen"in çempionu adını qazanıb. Turnirin gümüş mükafatı Lyemə (5,5 xal) qismət olub. Kramnik və Məmmədyarov 5 xalla növbəti 2 pillədə qərarlaşıb. Son yerləri isə Leko və Naydiç (4 xal) tutub.


oxunma sayı: 331 | Paylaş:




?>