')

Bu gün:


FutbolPress.Az | "BERŞİKTAŞ"DAN GEDƏCƏKLƏR...

"BERŞİKTAŞ"DAN GEDƏCƏKLƏR...


oxunma sayı: 353 Paylaş:

Yeni mövsümə Kuarejma, Quti və Hilbertin transferiylə gündəmi ələ alan "Beşiktaş"da əcnəbi futbolçular çoxalıb. Klub rəhbərliyi mətbuatın bu istiqamətdə tənqidlərinə ciddi yanaşaraq baş məşqçi ilə mövzu ətrafında müzakirələr aparıb.

Dünən isə klubdaxili toplantıdan sonra məlum olub ki, Filip Holosko və Mixael Fink göndəriləcək. Baş məşqçi Bend Şuster bu haqda belə izah verib: "Futbolçuları xeyli müşahidə etmişəm. Qərarımı qətiləşdirmək üçün xeyli videokassetlər də izləmişəm və bu iki futbolçunun mənim oyun tərzimə uyğun olmadığı qənaətindəyəm".

Bundan başqa Rodriqo Telyo üçün gələn transfer təkliflərini təxirə salmadan dəyərləndirməyi tapşıran Şuster deyib ki, hələ özünü doğrultmayan bir-iki əcnəbi də heyətdən uzaqlaşdırıla bilər.


oxunma sayı: 353 | Paylaş:




?>