')

Bu gün:


FutbolPress.Az | "QARABAĞ"DAN MÖHTƏŞƏM ƏZMKARLIQ

"QARABAĞ"DAN MÖHTƏŞƏM ƏZMKARLIQ


oxunma sayı: 391 Paylaş:

Avropa Liqasının II təsnifat mərhələsində iki Azərbaycan təmsilçisi çıxışına davam eləyir. I mərhələdən mübarizəyə qoşulub Makedoniya "Metallurq"unu inamlı oyunla (4:1; 1:1) keçən Ağdam təmsilçisi bu dəfə Şimali İrlandiyanın "Portadaun" klubuyla oyunda inamlı qələbə qazanıb - 1:2. Səfərdə hesabda geri düşüb sonradan ssenarini tamamilə öz xeyrinə çevirmək artıq komandanın oturuşmuş heyətə, sabit oyuna malik olduğu qənaətini yaradır.

Qurban Qurbanovun rəhbərliyi ilə ötən ilki uğurlu çıxışını bu dəfə də davam etdirmək əzmində olan "Qarabağ" həm də göstərdiyi oyunla yerli azarkeşlərin alqışını qazanıb. Futbolçular açıqlamalarında oyundan sonra stadionda sürəkli alqışladıqlarını deyirlər. Qurbanov isə nikbinliyini itirməsə də, ehtiyatlı danışır: "Hələ hər şey məlum deyil"...

"Qarabağ"ın səfərində yaranan problemləri də nəzərə alsaq, qazanılan qələbənin daha cəlbedici olduğunu iddia etmək olar. Viza problemiylə əlaqədar oyun günü səfəri gerçəkləşən komandanın yaxşı oynaması təqdirəlayiqdi. Uğurunu davamını hamı gözləyir.

Dünən həm də "Bakı" liqadakı çıxışına start verdi. Paytaxt təmsilçisi "Buduçnost"dan üstün olduğunu göstərə bilmədi. Rəqibin nisbətən zəif olduğu açıq görünürdü. Ancaq "Bakı"nın oyununda həmin çatışmazlıqlara hesablanmış oyun qurulmadığıa görə ələ düşən çoxsaylı qol imkanları boşa verildi. Hesabı Makedoniya təmsilçisi açsa da Şaferin yetirmələri tempi sona qədər saxladı. Və sonrakı dəqiqələrdə vurulan iki qol qələbəni gətirdi. Şaferin açıqlamasına görə: "Bu qələbə vacib idi. Səfərdə inamlı oynamaq üçün böyük səbəb oldu".

Bu mərhələnin cavab oyunları bir həftə sonra keçiriləcək. "Qarabağ" evdə, "Bakı" isə səfərdə oynayacaq.

"BAKI" (AZƏRBAYCAN) - "BUDUÇNOST" (ÇERNOQORİYA) - 2:1
Baş hakim: Avqustus Viorel Konstantin (Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qollar:
Beçiray, 38, Kaykut, 77, Jaba. 90+3

"PORTADAUN" (ŞİMALİ İRLANDİYA) - "QARABAĞ" (AZƏRBAYCAN) - 1:2
Qollar: Lekki, 29, İsmayılov, 67, 86
Baş hakim: Oliver Draxta (Avstriya)
Portadaun
. "Şamrok Park" stadionu


oxunma sayı: 391 | Paylaş:




?>