')

Bu gün:


FutbolPress.Az | QUTİNİN "BEŞİKTAŞ"A TRANSFERİNDƏ AZƏRBAYCANLI İZİ

QUTİNİN "BEŞİKTAŞ"A TRANSFERİNDƏ AZƏRBAYCANLI İZİ


oxunma sayı: 415 Paylaş:

Joze Morinyonun "Real" Madridə gəlişindən sonra imtina etdiyi futbolçulardan biri də Quti (Xose Mariya Qutierres Hernandes) oldu. Bundan sonra futbolçunun "Mançester Siti"yə keçidi gündəmə gəldi, ancaq xəbərin dezinformasiya olduğu da tezliklə məlum oldu.

Bir müddət keçəndən sonra Qutiyə konkret təkliflərin gəlməməsi menecerlərini narahat edir. Elə bu məqamda xəbərimizin əsas məzmunu yaranır.

Belə ki, futbolçunun menecerlərindən biri Azərbaycanlı həmkarıyla əlaqə yaradır. Aralarındakı dost münasibətləri Qutinin Azərbaycanda oynamasına səbəb ola bilərmiş. Ancaq... Transfer qiyməti 7 milyon avro.

Təbii ki, klublarımızdan bu qiymətə futbolçu almaq imkanının və marağının olmadığı aydındı. Azərbaycanlı menecer həmkarına Qutini "Beşiktaş"a təklif etməyi məsləhət bilir. Özü də şəxsi əlaqələriylə müəyyən qədər danışıqlarda rol oynayır. Adının açıqlanmasını istəməyən həmyerlimiz menecerlərinin Qutiyə təklif olunan 5 milyon avroya tərəddüdsüz razılşadıqlarını bildirir. Müqavilənin müddəti 2 illikdi.


oxunma sayı: 415 | Paylaş:




?>