')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN"I MİRÇA REDNİK ÇALIŞDIRACAQ

"XƏZƏR LƏNKƏRAN"I MİRÇA REDNİK ÇALIŞDIRACAQ


oxunma sayı: 412 Paylaş:

Namizədlərin arasında güman edilənlərin əksinə olaraq "Xəzər-Lənkəran"ın yeni baş məşqçisi Mirça Rednik oldu. Həm də belçika vətəndaşlığı olan rumıniyalı mütəxəssislə iki illik müqavilə imzalanıb.

Rednik 21 illik (1979-2000) futbolçu karyerasında 555 oyuna 32 qol vurub. Ampluası müdafiəçi olan məşqçi vətənində Buxarestin "Dinamo", "Rapid", Türkiyədə "Bursaspor", Belçikada "Standard" kimi klublarda oynayıb.

O, məşqçilik karyerasına 2000-ci ildə "Rapid"də başlayıb. Bundan başqa "Bakeu" (2001), "Universitatya" (2004-05), "Vasluy" (2005), "Dinamo" klubuna (2006-07, 2008-09) da rəhbərlik edib. Rednikin ölkə xaricində məşqçilik fəaliyyəti Səudiyyə Ərəbistanın "Əl-Nəsr" (2004), Rusiyanın "Alaniya" klubu (2009) ilə bağlı olub. Son iş yeri Rusiya çempionatının birinci divizionunda Vladiqafqaz təmsilçisində olan rumıniyalı çəmi üç ay (avqustdan noyabra kimi) işləyib. Rednik məşqçi kimi hərəyə iki dəfə Rumıniya çempionluğu və kuboku, üç dəfə ölkə Superkubokunu, habelə Dəməşq Beynəlxalq Kubokunu qazanıb.


oxunma sayı: 412 | Paylaş:




?>