')

Bu gün:


FutbolPress.Az | "BAKI"NIN STARTI, "QARABAĞ"IN DRAMATİK SƏFƏRİ

"BAKI"NIN STARTI, "QARABAĞ"IN DRAMATİK SƏFƏRİ


oxunma sayı: 429 Paylaş:

Bu gün "Bakı" və "Qarabağ" Avropa Liqasındakı oyunlarını keçirəcəklər. Paytaxt təmsilçisi evdə Çernoqoriyanın "Buduçnost" klubunu qəbul edəcək. Mübarizəyə ikinci mərhələdən başlayan Şaferin heyəti Tofiq Bəhramov adına stadionda saat 21:00-da cütün ilk oyununa çıxacaq.

"Qarabağ" isə birinci mərhələdə Makedoniya "Metallurq"unu mübarizədən kənarlaşdırıb (4:1 ; 1:1). İkinci mərhələdə isə  Şimali İrlandiyanın "Portadaun" klubuyla oynayacaq. Bu oyun

Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Xatırladaq ki, Ağdam klubunun səfəri problemlərlə müşahidə olundu. Məlum olduğu kimi, Böyük Britaniyaya viza məsələsi asan başa gəlmir. Avropada ən qəliz viza proseduru məhz Londonadı. Viza müraciəti ən azı 1 həftə əvvəl olmalıdı.

Bu səbəbdən "Qarabağ" oyun günü, yəni bir neçə saat əvvəl Şimali İrlandiyaya çatıb. Viza məsələsi müvafiq dövlət qurumlarının işə müdaxiləsindən sonra həllini tapıb.


oxunma sayı: 429 | Paylaş:




?>