FOQTSLU YIĞMA FİFA-da İRƏLİLƏDİ
Paylaş:
FİFA-nın ənənəvi reytinq cədvəlinin bu aya olan nəticələrini açıqlayıb. Foqtsun rəhbərliyi ilə yavaş-yavaş yuxarı dırmaşan Azərbaycan yığması ötən reytinqlə müqayisədə 3 pillə irəliləyib. 106-cı pilləyə yüksələn millinin hesabında 266 xal var. Yığmanın Avro-2012-də rəqiblərindən Almaniya (1466 xal) 6-cı pillədən 4-ə, Türkiyə (810 xal) 29-dan 28-ə, Belçika (589 xal) 59-dan 48-ə, Avstriya (536 xal) 68-dən 60-a, Qazaxıstan (189 xal) 129-dan 126-ya yüksəlib. İspaniya yığması (1883 xal) ilk dünya çempionluğu ilə liderliyini qaytarıb. Gümüş medalçı olan Hollandiya millisi (1659) 2-ci, uzun müddətdir reytinqə başçılıq edən Braziliya yığması (1536 xal) isə 3-cü yerdə qərarlaşıb.
| Paylaş: