')

Bu gün:


FutbolPress.Az | HAFİZ MƏMMƏDOV QRUP MƏRHƏLƏSİNİ DÜŞÜNÜR

HAFİZ MƏMMƏDOV QRUP MƏRHƏLƏSİNİ DÜŞÜNÜR


oxunma sayı: 332 Paylaş:

"Bakı" Avroliqanın II təsnifat mərhələsində "Buduçnost" ilə oyuna hazırlığı davam etdirir. Dünən axşam komandanın məşqini izləyənlər arasında klubun prezidenti Hafiz Məmmədov və fəxri prezidenti Anar Məmmədov da olub.

Onlar hazırlıqları birlikdə seyr etdikdən sonra məşqçi heyəti və futbolçularla səmimi söhbət zamanı komandaya güvəndiklərini bildiriblər. Hafiz Məmmədov "Buduçnost" klubuna qarşı oyunda "Bakı"ya uğurlar arzulayıb: "Əhval-ruhiyyə əladır. Futbolçuların necə həvəslə məşq etdiyinin şahidi oldum. Bu, məni ümidləndirməyə bilməz. Yeganə narahatlığım yeni futbolçularımızın kollektivə uyğunlaşması ilə bağlıdır. Amma əminəm ki, Vinfrid Şeferin başçılıq etdiyi təcrübəli məşqçilər korpusu bu çatışmazlığı aradan qaldıracaq".

Klub prezidenti cütün müqəddəratının ilk oyunda həll olunmasının mümkünlüyünə də toxunub: "İstəyimizi ilk matçda həyata keçirmək arzusundayıq. Podqoritsada keçiriləcək cavab oyunu üçün münasib nəticəni burada əldə etmək çox gözəl olar. Məncə, "Bakı" klubunun hazırkı səviyyəsi bu tapşırığın öhdəsindən gəlməyə imkan verir".

Avroliqanın III təsnifat mərhələsində daha səviyyəli komandalar mübarizəyə qoşulacaqlar. "Liverpul", "Yuventus" kimi potensial rəqibləri buna misal göstərmək olar. Amma Məmmədov təsnifat mərhələsində böyük klublarla qarşılaşmağı arzuolunmaz sayır: "Sözsüz ki, Avropanın adlı-sanlı klubları ilə qarşılaşmaq istərdik. Amma bunun qrup mərhələsində baş tutması əla olardı. Bu il "Bakı"nın qarşısında qoyulan minimum vəzifə ötənilki uğuru təkrarlayaraq, Avroliqanın play-off mərhələsinə çıxmaqdır. Amma könlümüzdən ilkə imza ataraq qrup mərhələsinə yüksəlmək kimi maksimum proqram keçir. O zaman azarkeşlərimizə "Liverpul", "Yuventus" kimi komandalarla qarşılaşmaq sevinci bəxş etmək istəyirik".

Qeyd edək ki, "Bakı" Avroliqanın II təsnifat mərhələsində "Buduçnost" qarşı ilk oyununu sabah keçirəcək.

Mənbə: fcbaku.com


oxunma sayı: 332 | Paylaş:




?>