')

Bu gün:


FutbolPress.Az | "İNTER" "LEX"LƏ BACARMADI

"İNTER" "LEX"LƏ BACARMADI


oxunma sayı: 235 Paylaş:

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. Azərbaycanı yarışda təmsil edən "İnter" Polşanın "Lex" klubu ilə ilk oyunu evdə keçirtdi. Oyundan əvvəl müxtəlif açıqlamalar...

Sxadadze arxayın danışırdı və qələbəyə iddialı idi. Açıqlamalarının birində demişdi ki, "Lex" əvvəlki gücdə deyil. Düzdü, oyun göstərdi ki, rəqib bundan əvvəlki Azərbaycan səfərlərində daha yaxşı görünürdü. Ancaq Sxadadzenin gümanı öz komandasına da şamil olundu. "Bankirlər" oyun ərzində bir dəfə də kəsərli hücum qura bilmədi, əvəzində müdafiənin kobud səhvindən qol buraxdı.

Bolqarıstandakı təımi-məşqdən ardıcıl qələbə xəbərlərindən sonra evdə "İnter"in belə oyunu gözlənilən deyildi. Komanda oyuna tam hazır deyildi. Yeri gəlmişkən klub indiyə qədər avrokuboklarda qələbə qazana bilməyib. Komanda iki il öncə elə ÇL-də Makedoniyanın "Rabotniçki" klubu ilə görüşdə mərhələni səfərdə vurduğu qol hesabına keçmişdib.

İndi də "Lex"i səddini keçməcəyini düşünən komanda bu oyunla bunu xəyal da edə bilməz.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun

"İNTER" (AZƏRBAYCAN) - "LEX" (POLŞA) - 0:1
Qol: Vixnyarek, 46
Baş hakim: Saşa Kever (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


oxunma sayı: 235 | Paylaş:




?>