')

Bu gün:


FutbolPress.Az | MEDİA-QRUPUN ƏHATƏSİ BÖYÜYÜR

MEDİA-QRUPUN ƏHATƏSİ BÖYÜYÜR


oxunma sayı: 368 Paylaş:

Azərbaycan jurnalistlərinin yaratdığı yeni media-qrupun sıraları genişlənir. İlkin olaraq, Fanat.az, Futbolpress.az, Ultrasport.az-ın yaratdığı qrupun sıralarına bu gün daha bir media qurumu və bir müstəqil jurnalist qatıldı. Ümumi müzakirələrdən sonra Derbi.az saytının baş redaktoru Rəşad Fərhadoğlu və müstəqil jurnalist Coşqun Eldaroğlu media-qrupa qoşulmaqla bağlı qərar qəbul etdi.

Qeyd edək ki, media qrup Rəsul Şükürsoy, Əli Sahib, Natiq Muxtarlı, Elçin Cəlilov və Nail Nürəddinoğlunun birgə iştirakı ilə yaradılıb. Qrupa qarşıdakı günlərdə könüllü şəkildə fəaliyyət prinsipləri müəyyənləşdirilən bir sıra peşəkar jurnalistika normalarına uyğun gələn idman nəşrləri, saytlar və s. daxil ola bilər. Yaxın günlərdə layihəsi müzakirə edilən media-qrupun adı, tam tərkibi və fəaliyyət proqramı futbol içtimaiyyətinə açıqlanacaq.


oxunma sayı: 368 | Paylaş:




?>