"MATADORLAR"IN "QIZIL DÖVRÜ"
Paylaş:
"Narıncılar" üçün "qara mundial" Bu gün futbol bayramı sona çatdı. İspaniya qrupdan çıxandan sonra finala qədər bütün oyunları 1:0 hesabıyla udub, "Qızıl ilahə"nin sahibi oldu. Hollandiya isə 32 ildən sonra üçüncü dəfə mundialın finalında cəhdi puç oldu. "Narıncılar" "Qara mundial"ın sürprizi sayılırdı, ancaq onların göstərdiyi oyun qələbəyə layiq idi. Hər halda, layiq olanı qazanan daha şanslı yox, daha məntiqli sayılır. "Matadorlar" isə sözün hər mənasında "qızıl dövrü"nü yaşayır. Sonuncu qitə çempionu və mundialda qələbə. Bu, İspaniya yığması tarixində ilk dəfədi. Bu arada, maraqlıdısa, qeyd edək ki, mundial başlamazdan əvvəl futbolpress.az-ın oxucuları qalibin adını sorğuda yerləşdirilən 9 namizədin arasından seçdi. Namizədlərin adı saytın subyektiv rəyi idi. Oxucuların da subyektiv rəyi nəticəsində obyektiv bir səsvermə oldu. 10 gün ərzində 315 səsin cəminə görə, (http://www.futbolpress.az/az/news-details/1326/) İspaniya millisi favorit sayılmışdı. Qeyri-adi məqam isə odu ki, sorğuda ən az səs Hollandiyaya gəlmişdi. Bütün bunlarla birlikdə, dünya bir bayramı da yaşadı. Sevinənlər... üzülənlər... Biz öz hislərimizlə üz-üzə yaşadıq bunları... HOLLANDİYA - İSPANİYA - 0:1 (ə.v.)
Ool: İnyesta, 117
Baş hakim: Hovard Uebb (İngiltərə)
Yohannesburq. "Sokker Siti" stadionu
| Paylaş: