')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ"DƏ "GƏNCLƏŞDİRMƏ" SÜRƏTLƏNİR...

"NEFTÇİ"DƏ "GƏNCLƏŞDİRMƏ" SÜRƏTLƏNİR...


oxunma sayı: 600 Paylaş:

Klub daha bir 31 yaşlı futbolçu aldı

Gördüyünüz kimi, "Neftçi" rəhbərliyi qış ərzində dediyi "Komandanı yerli və gənc futbolçulardan quracağıq" söhbətini həyata keçirmir. Belə yalanlar ayaq tutur, ancaq yerimir... Yerli futbolçular bir yana, alınan legionerlərin yaş həddi 30-dan yuxarıdı.

Onlardan biri, Makedoniya yığmasının kapitanı İqor Mitrevski ilə iki illik müqavilə bağlanıb.

Futbolçunun artıq "Neftçi"nin Avstriyadakı toplanışa qatıldığı xəbər verilir. Uzun illər Moskva "Spartak"ında, daha sonra Almaniyada "Energia" klubunda çıxış edən makedonun sonunçu iş yeri Sofiya MOİK-i olub.


oxunma sayı: 600 | Paylaş:




?>