')

Bu gün:


FutbolPress.Az | "OLİMPİYA" ARTIQ LƏNKƏRANDADI

"OLİMPİYA" ARTIQ LƏNKƏRANDADI


oxunma sayı: 401 Paylaş:

Moldovanların ləvəngi yeyəcəyi dəqiqdi, ancaq qol "yeməyi"...

"Xəzər Lənkəran"ın Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi "Olimpiya" bu gün səhər saatlarında Bakıya çatıb. Birbaşa Lənkərana yollanan komanda artıq şəhərdə yerləşib.

Moldova klubu bu gün axşam onlar üçün ayrılan bazada məşqə çıxacaq. "Xəzər Lənkəran"ın mətbuat xidmətindən verilən məlumata görə sabah əvvəlcə Lənkəran təmsilçisi, sonra rəqib komandanın baş məşqçisi mətbuat konfransı keçirəcək.

Cənuba gedən əksər komandalar məşhur ləvəngini dadmağı unutmurlar. Kluba yaxın mənbə deyir ki, "Olimpiya"nın baş məşqçisi Nikolay Bunyanın bu yemək haqda məlumatı varmış və o, axşam komandasını ləvəngi süfrəsinə qonaq etmək niyyətini bildirib. Maraqlıdı, "Xəzər Lənkəran" bu "ləvəngi dəstgahından" necə yararlana biləcək...

Qeyd edək ki, cavab oyun iyulun 8-i Lənkəran şəhər stadionunda yerli vaxtla saat 21:00-da başlayacaq. Moldovanın paytaxtı Kişinyov şəhərində iyulun 1-də keçirilən ilk oyun isə 0:0 hesabı ilə nəticələnib.


oxunma sayı: 401 | Paylaş:




?>