TEYMUR VƏ ŞƏHRİYAR LİDERDƏN NƏ QƏDƏR GERİDƏDİ?
Paylaş:
Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyul üçün reytinq cədvəlini açıqlayıb. Yeni siyahıda Azərbaycan şahmatçılarından Teymur Rəcəbov və Rauf Məmmədov mövqelərini yaxşılaşdırıblar. Bundan əvvəlki cədvəldə 13-cü olan Rəcəbov (2748) 3 pillə irəliləyərək, ilk "onluğ"u qapayır. Məmmədov isə 5 rəqibini qabaqlayaraq, 2660 xalla 80-ci yerə yüksəlib. Digər şahmatçılarımızdan Şəhriyar Məmmədyarov (2761) 6-cı pillədəki yerini qoruyub. Ondan fərqli, Vüqar Həşimov (2719) geriləyib. Son siyahıda 17-ci olan qrossmeysterimiz 26-cı yerə enib. Reytinq cədvəlinə əvvəlki kimi norveçli Maqnus Karlsen başçılıq edir. 2-ci yer Veselin Topalova (2803), 3-cü yer isə Vişvanatan Ananda (2800) məxsusdur.
| Paylaş: