')

Bu gün:


FutbolPress.Az | FƏRİD MANSUROV 28 YAŞINDA KARYERASINI BİTİRDİ

FƏRİD MANSUROV 28 YAŞINDA KARYERASINI BİTİRDİ


oxunma sayı: 469 Paylaş:

Yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov idmançı karyerasını başa vurub.
Məlumata görə, Mansurov yaxın günlərdə yunan-Roma güləşi üzrə millimizə baş məşqçi təyin olunacaq. O, yığmamızın qarşıdakı məşqlərindən birində komanda üzvlərinə təqdim ediləcək. 28 yaşlı idmançının karyerasını belə erkən başa vurmasına 13-18 apreldə Bakıda keçirilmiş Avropa çempionatında çənəsindən aldığı zədə səbəb olub. Həmin vaxt yarışı erkən bitirməli olan Mansurovun güləşçi karyerasını davam etdirməsinə həkimlər icazə verməyiblər.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, yığmamızın hazırkı baş məşqçisi Elçin Cəfərov da açıqlamasında Fərid Mansurovun onu əvəzləmə ideyasının olduğunu təsdiqləyib. Lakin o, hər şeyə federasiya rəhbərliyi səviyyəsində baş tutacaq rəsmi təqdimatdan sonra aydınlıq gələcəyini bildirib. Cəfərovun fikrincə, Mansurovun təqdimatı 16-18 iyulda Bakıda keçiriləcək Heydər Əliyevin xatirəsinə "Qızıl Qran-pri" turnirinin final mərhələsi öncəsi reallaşacaq.

Fərid Mansurov 10 may 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Ailəsi 1984-cü ildə Bakıya köçüb. 1992-ci ildən "Neftçi" İdman Cəmiyyətində Əliqulu Həsənovun rəhbərliyi altında məşqlərə başlayıb.

Uğurları
Olimpiya çempionu: 2004
Dünya çempionu: 2007, 2009
Dünya ikincisi: 2002


oxunma sayı: 469 | Paylaş:




?>