')

Bu gün:


FutbolPress.Az | VladisLav yu, "Rəvan"  

VladisLav yu, "Rəvan" 


oxunma sayı: 1955 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Çempionatda elə klublar var ki üstünə-başına, elədiyi hərəkətə baxırsan, gülməkdən  başqa çarən qalmaz. "Turan"ı qeyri-ciddi sayırdılar, bunların ən yekə qeyri-ciddisi "Rəvan"mış.

1 ildə Bəhmən Həsənovu istefaya göndərib, Vladislav Qədirovu baş məşqçi təyin edən, sonra yenə Vladislavı naməlum şəraitdə istefaya göndərib Həsənovu posta gətirən klubun nəyinə ciddi deyəsən...

Bax, belələrini çempionata buraxan AFFA-da, PFL-dədi günah. Əslində, günah məsələsinə qalsa, ümumiyyətlə, Azərbaycan futbolunun özü elə böyük bir günahdı. Bir çempionatda ki 4-5 klubu çıxmaqla, qalanı məcburi yaradılıb, daha nə gözləyəsən...

"Rəvan" klubunun prezidenti hələ heç kimə məlum olmayıb, bilinmir; ancaq vitse-prezidenti Bəhruz Şirəliyev bir dəfə saytımıza açıqlamasından sonra "Filan sözü deməmişəm" iddiası qaldırdı, sonra da bizi qeyri-peşəkarlıqda suçladı. Halbuki sonradan səs yazısıyla dediyi sübut olundu, bir də yaddaşının zəifliyi sübuta yetirildi. Bax, belələrindən qorumaq lazımdı Azərbaycan futbolunu. Peşəkarlığın nə demək olduğunu bilməyib ətrafdakılara dərs keçənlərdən.

Şirəliyevə sual versən, stadionla meydançanın fərqi nədi, adama gülüb, üstünə də, "Əə, bu qeyri-peşəkar o tərəfə qalsın, lap savadsızın yekəsidi ki!" ittihamını da yapşdırar. Özündən xəbəri yoxdu.

Amma di gəl, "Rəvan" boyda klubun idarəçisidi. 

Bəhmən Həsənov da ki heç də. Dindirsən, başlayacaq Demosfendən betər natiqlik eləməyə, yaxşısı, dindirməyək, qoy baş məşqçiliyini eləsin. İstefa ver-al, al-ver, ver-al... fərqi yoxdu.

Vladislav Qədirov isə həm komediyadı, həm də tragediya. Açıqlamasına baxın: "Yəqin mənə zəng çatmayıb, həmin vaxt istefaya göndərilmişəm". Qədirov, telefonu söndürmə də, bilmirsənmi bu zəhrimarı söndürəndə adamı istefaya göndərirlər. 

Bəhruz müəllim, yeri gəlmişkən, yeni, ən müasir idarəçilik siteminiz də mübarək. Məşqçiyə zəng çatmayanda onu istefaya göndərirsiz? Məsələn, sırağagün sizə də zəng çatmırdı...

Yazarın bütün yazıları

oxunma sayı: 1955 | Paylaş:




?>