"PERŞƏKARLAR" (IX FƏSİL)
Paylaş:
Müasir futbolun abırsızlığı. Futbol totalizatoru. (IX Fəsil) * Futbol naminə futbol və futbol futbola qarşı. Ali məhkəmədə Corc İstxemin işi dinlənilən günlərdə məhkəmə hökmünün ingilis futbolunu nə dərəcədə dəyişə biləcəyini heç kəs güman etmirdi. Tam cəsarətlə demək olar ki, 1888-ci ildə İngiltərədə futbol liqası yaradıldığı vaxtdan etibarən ortabab azarkeşlər peşəkar oyunçulara rəğbət bəsləyirdilər. Çünki futbolçuları da zəhmətkeş adamlar hesab edir, onlarla öz aralarında oxşarlıq görürdülər. Peşəkarların ortabab fəhlədən bir qədər çox pul alması isə nə şaxtaçıları, nə maşınqayıranları, nə su kəməri çəkənləri, nə də mühəndisləri qətiyyən narahat etmirdi. Qazancda elə böyük fərq yox idi, həm də peşəkarın karyerasının uzun sürmədiyini fəhlələr əla dərk edirdilər. Oyunçunu klubda qalmağa məcbur etmək mümkündür, ancaq bu, onun tam qüvvəsi ilə oynayacağına zəmanət vermir. Ona görə, 100 halın 99-da oyunçunun başqa kluba keçmək arzusuna əməl olunurdu: dava-dalaş qəzet səhifələrinə düşə bilərdi, belə səs-küy isə heç bir kluba lazım deyildi. Futbol həmişə ucuz əyləncə olub. Əvvəllər hər bir ata iki oğlu ilə sakitcə oyuna gedə bilərdi. İndi isə bir sıra ingilis ailələri üçün futbol çox bahalı əyləncəyə çevrilməyə başlayıb. Məsələn, 1946-cı ildə "Arsenal"ın, "Mançester Yunayted"in yaxud birinci liqanın hər hansı başqa komandasının görüşünə satılan biletin qiyməti 10 pens idi. Avtobusda və ya tramvayda getmək haqqı 2 pensə, bir pivə 5 pensə idi. İndi stadiona giriş haqqı ən azı 150-220 pensə, bir pinta pivə isə 75 pensə bərabərdir. Ona görə, iki oğlu ilə şəhər ətrafı qəsəbədən Londona futbol matçına baxmağa gəlmiş sakinə bu proses, yol xərci də daxil olmaqla 10-15 funt sterlinqə başa gəlir. "İstxemin işi" dövründə peşəkarlara həftədə 20 funt maaş verildiyi köhnə həvəskarların yadındadır. İndi isə onlar qəzetlərdən, yalnız çempionatın oyunlarına görə həftədə min funt alan Robert Şilton, yaxud Trevor Frensis kimi oyunçular haqda yazılar oxuyurlar: çempionluğa, kuboka sahib olmağa və Avropa turnirlərində iştiraka görə əlavə ödəmə haqqı nəzərdə tutulur. Oyunçuların qonorarlarının sürətlə artması ingilis futbolunda müəyyən meyllərin yaranmasına səbəb olmuşdu. Belə hallara "İstxemin işi" dövründə rast gəlmək olmazdı. Məsələn, tamaşaçıların nöqteyi nəzərincə qabaqcıl klubların əksəriyyəti oyunu çox rəngarəng edən xüsusi üsluba malik idi. Praktiki olaraq top qapıçıya ötürülmürdü, bütün qüvvələr irəli hərəkət etməyə, kəskin qol vəziyyətləri yaratmağa yönəldilirdi. İndi, klublar qazanılan hər xal üçün mükafatlar verdiyi və digər vasitələrdən istifadə etdiyi bir vaxtda, özgə meydanında oynayan komandalar başlıca olaraq uduzmağa can atırlar. Bütün bunlar tribunalarda məyusluq, əsəbilik, bəzən də kobudluq və xuliqanlıq doğurur. Peşəkar futbolun bütün "ulduz"ları pulla, alkoqolla və qadınlarla tovlanma, şirnikmə təhlükəsilə üzləşir. 20 il ərzində "Tottnem Hotspur"də çıxış etmiş Uels yığma komandasının oyunçusu Kliff Cons peşəkar futboldan aralanandan sonra pullarını ət ticarətinə qoymaq qərarına gələrək 4 dükan aldı. Və labüd uğursuzluğa düçar oldu. Onun vaxtı və mağazaları idarə etmək üçün lazımi təcrübəsi olmadığından tezliklə onları dəyər-dəyməzinə satdı ki, haqq-hesabını çürüdə bilsin. Təkcə bu işə görə min funt itirdi və onun dözvlətli biznesmen olmaq arzuları puç oldu. Sonralar Qrivs, yazdığı kitabda etiraf edirdi ki, o dövrdə gündə 18 pinta pivə, bir butulka araq içirmiş. "Tottnem Hotspur" onu "Uest Hem yunayted" klubuna satdı və onun futbol karyerası burada da tamamlandı. "31 yaşında futbolu atanda qəflətən özümü həbsxanadan buraxılmış dustaq kimi hiss elədim. Burada təəccüblü bir şey yoxdur. İngiltərədə peşəkar futbol liqasının oyunçuları sanki balaca karton qutularda qablaşdırılaraq yaşayırlar və lazım gələndə oradan çıxarılıb camaata göstərilirlər. Klublar hər şeyi öz üzərlərinə götürürlər. Mənim işim futbol oynamaqdır. Mənim əvəzimə bütün qərarları klub qəbul elədiyinə görə futbol karyerasının sonunda bizi əhatə edən aləm mənə tamamilə yad göründü". Bu hadisə 1977-ci ildə olub. Cimmi Qrivs o vaxtdan ağzına bir damcı da olsun spirtli içki almır, lakin zərərli adətdən tamam yaxa qurtardığına inanmadığını da etiraf edir. "Hər gün özümə söz verirəm ki, içməyəcəyəm, çünki içsəm, bu məni də öldürər, arvadımı da, ailəmi də dağıdar". Xoşbəxtlikdən Cimmi Qrivs öz həyatını yenidən qura bildi - o, futbol xronikası yazır və televiziya oyunları şərh edirdi. 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında Cimmi Qrivs ingilis televiziyasının ən populyar şərhçilərindən idi. Orta boylu, hərəkətlərində cəld və çevik olan qalın bığlı bu adam öz obyektivliyi, yumoru, görüşləri ustalıqla şərh etməsilə tamaşaçıları valeh eləmişdi. Qrivs ona göndərilən çoxlu təbrik məktublarından sevinmişdi. "İnsanlar mənə qarşı çox mərhəmətli idilər, - deyirdi. Mənim hər gün hansı nəfsi dəf etməli olduğum onlara aydındı və əgər bircə dəfə bunu edə bilməyəcəyim təqdirdə nə baş verəcəyini də yaxşı dərk edirlər. İnsanlarda sənin barəndə bu qədər gözəl təəssüratın qalması nə yaxşıymış. Onlar nə vaxtsa oyunumu görüblər və indiyə qədər inanırlar ki, mən hələ futbola lazım ola bilərəm". Cimmi Qrivs futbolçu kimi İngiltərədə nümunəvi idi. Çıxış etdiyi bütün illər ərzində bircə dəfə də olsun onun nalayiq hərəkətə yol verdiyini xatırlaya bilmirəm. O, təkcə super futbolçu və gözəl hücumçu deyildi, həm də ustalığı və meydandakı davranışı ilə ər hansı gənc oyunçu üçün nümunə idi. Lakin bununla belə, karyerası ləkəsiz tamamlanmadı. Frenk Teylor - "Peşəkarlar" (1985) (I Fəsil)
* Müasir futbolun abırsızlığı.
* Futbol totalizatoru.
* Futbolun və futbolçuların simasının dəyişməsi. Peşəkar futbolun qurbanları.
Azarkeşlərin bilmədiyi adi həqiqəti liqanın menecerləri çoxdan dərk etmişdilər - narazı olanı saxlamazlar.
Məhz buna görə də ingilis idman ictimaiyyəti Corc İstxemi tamam müdafiə edirdi və o, prosesi udanda sevindi. Lakin heç 1 il keçməmiş sağlam düşüncəli adamların sevinci bir qədər azaldı.
Bir zamanlar "peşəkarların" tənbəlləşməsinin və kökəlməsinin qarşısını almaq üçün ingilis futbolçularına stadiona öz avtomobillərində (əlbəttə, əgər maşın almağa pulları çatırdısa) gəlmək qadağan olunmuşdu. Onlar avtobusla və ya piyada gedirdilər. İndi birinci liqanın əksər oyunçuları "mersedes"lərdə və "yaquar"larda gəzirlər.
Və bir vaxt onlara qardaş gözü ilə baxan azarkeşlər də indi futbolçuları firavan həyat sürən var-dövlət sahibi hesab edirlər. Zəhmətkeş oyunçu təsəvvürü dağıldı, onun ardınca isə "köhnə, mehriban futbol azarkeşi" məfhumu da yox olur. 60 il müddətində ingilis futbolunu ruhlandıran, idmanın əsl qiymətini verən bu zümrə çox sürətlə aradan çıxır. Onun yerini, oyunlara şübhəli əyləncələr axtarışıyla gələn təcavüzkar gənclər tuturlar.
İngilis futbolu həmişə sərt oyuna meylli olub, ancaq ədalətli mübarizə çərçivəsində. Oyunçuya arxadan zədə yetirə biləcək hücum demək olar ki, olmayıb. Müdafiəni yarıb keçən rəqibin köynəyindən, yaxud tumanından tutmurdular. Çirkin oyunun bütün formaları futbolçulara və azarkeşlərə yad idi. Oyunçu əvəz edilmirdi. İngilis futbolu 1960-cı ilə qədər belə idi. Kifayət dərəcədə sərt olsa da bu, cəsarətli oyun idi. Xüsusilə oyunçulardan biri zədələndikdə komanda on nəfərlə mübarizə aparmalı olanda.
İndi ehtiyat oyunçular haqqındakı qayda oyunun idman ruhunu gülünc vəziyyətə salmışdır və oyunçunu əvəz etmək üçün məşqçilər çox biabırçı hiylələrə əl atırlar.
Qısası, oyun daha abırsız xarakter alıb. Mən də daxil olmaqla köhnə ruhlu azarkeşlər hesab edirlər ki, idman intizamı və etikası normalarının bu cür tənəzzülü asan qazanc əldə etməyə cəhd göstərməyin nəticəsidi.
Bu tamahkarlıq, hərislik, pula meyllilik mənim 1965-ci ildə işlədiyim "Sandi Pipl" qəzetinin hazırladığı sensasiyalı ifşaların hədəfi oldu.
İngiltərədə müxtəlif növlü futbol totalizatorları mövcuddu. Onların arasında üç ayrı-ayrı oyunun nəticəsini əvvəlcədən düzgün tapmağa görə mərcə girənlər üçün totalizator da var. Məsələn, "Liverpul klubu 18 ay ərzində öz meydanında bir oyunu da uduzmayıb və siz onun özgə meydanında uduzacağını söyləyib birə qarşı beş qoyursunuz.
Bu halda, əgər siz oyunun hesabını tapmısınızsa və "Liverpul" uduzursa, qoyduğunuz funtun üstünə beş funt da əlavə eləyib sizə verirlər. əgər üç oyunun nəticəsi düzgün deylibsə, uduş birə yüz arta bilər.
Bu cür totalizatorun sui-istifadə halları üçün nə qədər geniş imkanlar açdığını dərk etməkdən ötrü dahi olmaq lazım deyil. "Sandi Pipl"dən olan tanışım Piter Kemplinq 1964-cü ildə bu işdən min funtlarla gəlir əldə edən bir qrup fırıldaqçını ifşa eləmişdi. Fırıldaqda bir neçə məşhur futbolçu, o cümlədən İngiltərə yığma komandasının iki oyunçusu - yarımmüdafiəçilər Toni Kay və Piter Suon da iştirak etmişdilər. Onların özlərinin qumara pul qoyduqlarını sübut etmək mümkün olmadı. Bununla belə, onlar oyunların nəticələrini qəsdən təhrif etdiklərinə görə həbsxanaya düşdülər. Bu vəziyyət onların gələcəkdə çox parlaq ola biləcək futbol karyeralarının üstündən xətt çəkdi.
İspaniyada keçirilən dünya çempionatında televiziya şərhçiləri İtaliya yığma komandasının iki illiyə oyunlardan kənar edilmiş mərkəz hücumçusu Paolo Rossinin adını tez-tez çəkirdilər. Qeyd edilirdi ki, o, futbol fırıldaqçıları ilə əlaqədə olubmuş. Cəzanın müddəti çempionat ərəfəsində başa çatmışdı. Bəzi ölkələrdə bu hadisədən sonra beynəlxalq oyunlarda iştirak etməyi ümumiyyətlə ona qadağan edərdilər. Məsələn, Piter Suon və Toni Kay daha heç vaxt İngiltərə yığma komandasında, yaxud birinci liqanın klublarında oynamadılar.
Fırıldaqçılığın bu cür məlum hallarının aysberqin yalnız görünən hissəsini təşkil etdiyinə, əslində isə onun miqyasının daha geniş olduğuna çoxları əmindir. Bunun belə olub-olmadığını mən bilmirəm. Lakin bir şeyi yaxşı bilirəm: çox böyük məbləğli pullar bu gözəl oyunun əsl ruhunu sarsıdır və öz ürəyini, idman ustalığını sərvət şeytanına satmağa hazır olan zəif və ehtiyatsız adamların yolunda böyük sınağa çevrilir.
Bu ciddi problemdi. Futbolçuların əksəriyyəti kasıb fəhlə ailəsindən çıxmışlar. Bu yandan isə birdən-birə həftədə min funtlarla pul almaq və dəbdəbəli həyat keçirmək imkanı yaranır. Müvəqqəti olaraq pul onlar üçün real dəyərini itirir. Nə qədər məşhur futbolçu yaxşı baş çıxarmadığı bizneslə məşğul olaraq müflisləşib.
Məşhur Denis Lou da ticarətdən varlanmaq niyyətində idi. O, baş çıxarmadığı xalça emalı və ticarəti ilə məşğul olmağa başladı. Təsadüfi deyil ki, onun başladığı iş çiçəklənməyə macal tapmamış məhv oldu. Düzdür, zirək şotlandiyalı qətiyyən bacarmadığı işi dərhal buraxıb topladığı sərvətin müəyyən qismini xilas edə bildi və daha çox bacardığı işin qulpundan yapışdı. O, ən məşhur radiop və televiziya şərhçilərindən biri oldu. Ingilis idman həvəskarları inana bilmirlər ki, idman aləmində son dərəcə istedadlı olan sevimliləri idmandan kənar həyatda fərasətsizdir. Elə peşəkar futbolçuların özləri də buna inana bilmirlər. Məsələ də ondadır ki, peşəkar idman çox vaxt idmançını reallıq hissindən məhrum edir. Daha bir xarakterik misal. "Tottnem Hotspur" klubunun gözəl gutbolçusu Cimmi Qrivs, yəqin hamının xatirindədir. O, "Çelsi"də, "Milan"da, İngiltərə yığma komandasında oynmamışdır və ingilis futbolunun bütün tarixi ərzində ən məhsuldar hücumçulardan biri sayılır. 14 illik peşəkarlıq karyerası ərzində o, 400-ə qədər qol vurub. O, oyunda nadir soyuqqanlığı və cəsarəti ilə fərqlənirdi. Futbol həvəskarları onun simasında qüdrətin, sabitliyin, dəmir iradənin təcəssümünü görməyə adət eləmişdilər.
O, 17 yaşında məşhur Billi Rayta qarşı oynayaraq beş qol vurmuşdu. O vaxtdan o, azarkeşlərin sevimlisi olmuşdur. Onu hamı tərifləyirdi. Azarkeşlər də, jurnalistlər də, radio və televiziya da. 21 yaşında onu "Milan"a satırlar. Italyanca bir kəlimə də başa düşməyən, evləri və dostları üçün darıxan bu ingilis balası İtaliyada ilk dəfə alkoqola meyl göstərir. Bir neçə aydan sonra onu yenidən 92 min funta "Tottnem Hotspur" klubuna satırlar. O zaman Qrivs məhsuldarlığa görə Bobbi Çarltonun özünü kölgədə qoymuşdu. Və ingilis futbol həvəskarları birdən bildilər ki, qüdrətli hücumçu olan Qrivs aciz əyyaşa çevrilmişdir.
Qrivs ailə qayğılarının öhdəsindən gələ bilmədi və daha tez-tez butulkaya əl uzatdı. Bir dəfə arvadı Pren ərinin xəlvət yerdə saxladığı içkini tapıb bütün butulkanı əl-üzyuyana boşaltdı. Tərcümeyi-halında Qrivs etiraf edir ki, bütün insanlıq ləyaqətini itirərək, ümidsiz halda otağın ortasında dayanıb, içmədən bir gün belə yaşa bilmədiyi spirtli içkinin azacıq porsiyası üçün arvadına yalvarırmış. Nə zamansa milyonlarla insanı öz sənəti ilə vəcdə gətirən idmançıdan indi yalnız zahiri görkəm qalmışdı. Axır ki, o, psixiatriya xəstəxanasında müalicə olunmağa razılıq verdi.
Necə deyərlər, peşəkar futbolun harayı insanlara yetməyən digər başqa qurbanları kimi.
Materialdan istifadə olunsa, "FutbolPress"ə istinad mütləqdi.
Təkrar redaktə: Elçin Cəlilov
(II)
(III)
(IV)
(V)
(VI)
(VII. 1-ci hissə)
(VII. 2-ci hissə)
(VIII)
| Paylaş: