"MƏQSƏDİM ƏSAS HEYƏTDƏ MÖHKƏMLƏNMƏKDİ"
Paylaş:
"Neftçi"nin gənc futbolçusu İlham Allahverdiyev "Terek"lə oyundan sonra fikirlərini bildirib. Matçın 85-ci dəqiqəsində meydana çıxan futbolçu əsas heyətdə möhkəmlənmək istədiyini bildirib: "Belə oyunda meydana çıxmaq mənim üçün böyük təcrübə oldu. Məşqçilərə minnətdaram ki, mənə şans verdilər. Əsas komanda ilə turnirdə iştirak etmək bizim inkişafımız üçün vacibdi. Məqsədim yaxın gələcəkdə əsas heyətdə möhkəmlənməkdi".
| Paylaş: