Resept
Paylaş:
Azərbaycan futbolunun inkişafı üçün neyləməliyik? Kimlərsə bu sualın cavabını tapmaq üçün həqiqətən çalışır- təmiz adamdı, kimsə pul qazanmaq üçün cavab axtarır- buna qazanc mənbəyi kimi baxır, kimsə cavabı bilir, amma AFFA-ya tərəf "hürmür", kimsə bilmir, amma sadəcə hürür, kimsə özünü ağıllı göstərmək üçün ağılsız cavablar verir... Bu ritorik sualların içində isə ən çətini o "kimsə"di. Onlar kimdisə, belələrini "bəziləri" adlandırırsız. Başqa ölkələrdə adamlar həqiqətən, bilmədiyi, məchul şəxs haqqında "bəziləri" xitabını işlədir, Azərbaycanda isə bildiyini gizlətmək üçün... Sizin həqiqətiniz gizlidi, utanırsız üzə çıxarmağa. "Bakı"nın "fair-play" sancılanması günün mövzusuna çevrilib. Saqqız bezdi çeynənməkdən, amma çeynəyənlər "marçıldamağındadı". Elə bil vəhşilər diyarına düşmüsən - günahkarlar leş, onları qınayanlar da qara qarğa. Biri ölü cəsəd, digəri də eşib ordan qənimət qoparan obrazı. "Bakı" iç üzünü açdı, gördüz, bu aydındı. Bundan daha pis ola bilərdi, təşəkkürlər ki, qıymadılar. İndi növbə sizindi, ağzını açıb gözlərini bərəldənlər - guya siz finalda rəqibinizə buyurub qapıya qədər gəlməyi, hazır qol vurmağı rəva bilərdiz? Hə, sizi deyirəm, jurnalistlər... Siz həqiqətən də "bəzilərisiz" (Yuxarıda oxu - "bəziləri"). Yalandan hay-həşirə basmayın, kənardan görüntünüzə baxanda klounun sizdən daha ciddi məxluq olduğunu düşünməyimə əsas yaranır. Klub var ki, sizin əlinizdən zara gəlib, bir reklama görə üstünüzə benzin töküb od vurarsız. Ona görə sizə "bəziləri" deməkdə özümü haqlı sayıram ki, insanlara siz olan tərəfi göstərmək xətadı, zərərlidi, peyin qoxusu gəlir xislətinizdən. "Bakı"nın, "Xəzər Lənkəran"ın, Kamran Ağayevin üstünə şığımayın, onların gizli tərəfi üzdədi, elədikləri də budu, qazandıqları itirdikləri də. Siz isə "Bakı"nın, "Xəzər Lənkəran"ın sıravi bir işçisi kimi yaşaya bilmədiyinizə görə, bacarmadığınıza görə can çəkişirsiz, zora düşürsüz. O yedi, mən qaldım... Siz dostluğu da, həmkarlığı da bacarmayan həşəratlarsız. Daima içinizdə pula hesablanmış planlar ətrafınızdakı insanlardan da sizi təcrid edib, xoş hisslərdən də. Sizinkimilər bir reklama susdurulur, danışmayın! Həyatınızdakı uğursuzluqlardan aldığınız travmanın zir-zibilini başqalarının üstünə tökməyin, gedin gəbərməyinizlə məşğul olun. Siz Azərbaycanda minib-çapılmış jurnalistikanın son nəfəsini də əlindən almısız, iyrənc məxluqlar! Sizinkimilərə görə, idman jurnalistikasına yeni nəsil gəlmir, bu peşəni özünə təhqir sayırlar. Bəsdi, şəffaflıqdan yazdız, özünüzü tənqidi bacaran, buna haqqı çatan, söz deyə bilən - kişi kimi apardız. O klubları da, o futbolçuları da bu hala salan, bu cür "böyüdüb boya-başa çatdıran", "tərbiyələndirən" siz olmusuz. Eybəcər əməllərinizi, yaltaq görünüşünüzü, həyasızcasına "məğrurluğunuzu" hara aparacaqsız?! Qara torpaq da heyifdi... Bunlar Azərbaycan futbolunun inkişafını istəyənlər olub, yox bir bakirə çəpiş... Zaman getdi, həminki deyil. Yanaşmanız qarın doydurmasına hesablanıb. Siz bir qutab və bir stəkan çaya satılanlarsız! Qiymətiniz ucuzdu... Rica edirəm, alın bunları, satın alın, xilas edin əsl jurnalistləri onlardan. Siz də təmizlik istəyirsiz, bilirəm, pul xərcləyib komanda düzəltmək istəyirsiz, amma hansısa "klavişbaşın" zəng edib, "...filankəs müəllim, niyə filan şey filan cür oldu, yazacam aa!.." deməyindən bezmisiz! Nə qədər cibinə, qulağına, burnuna, ağzına, gözünə pul soxacaqsız?! 1 manat, 5 manat... Birdəfəlik toplayın, satın alın, atın klubun zirzəmisində bir yerə, qoy onlar yazmasınlar futboldan. Düz başa düşün, bunu etməsəz, xəyalınızdakı klub üçün xərclədikləriniz heç bir fayda verməyəcək. Bu işi tezliklə edin ki, bu eybəcər mənzərəni görüb üzə çıxmağı sadəcə bacarmayan, şəxsiyyətinə sığışdırmayan əsl jurnalistlər çıxsın ortaya. Çıxsın ki, o pulu həmin o "bəzilərinə" verənlər də zirzəmidəki yerini özü tanıyıb, öz xoşuyla getsin ora... İnanın, Braziliyada azərbaycanca futbolçu axtaran beynəlxalq səviyyəli vitse-prezident (bu, onun üslubudu) Tahir Süleymanovdan, futboldan anlayışı olmayan Ramin Musayevdən, legionerliyinə şübhəmiz olmayan Vaqif Cavadovdan, Böyükağa Haciyev adlı məşqçidən çox bu jurnalistlərin zərəri var futbolumuza. "Bəziləri"nin...
| Paylaş: