MİŞEL PLATİNİ TÜRK JURNALİSTLƏ MƏZƏLƏNDİ
Paylaş:
Dünən Avro-2016-nın təşkilatçısı məlum oldu. Fransa qalib gəldi. Seçimlərdə Türkiyə və İtaliya da əsas namizədlərdən idi. Seçimin nəticələri xeyli narazılıq yaradıb və etirazların hədəfində UEFA-nın prezidenti Mişel Platinidi. Seçimlərin ədalətli aparılmadığını iddia edən Türkiyə mətbuatı Platinini tənqid atəşinə tutub. Hətta UEFA-nın vitse-prezidenti Şenes Erzik də narazılığını ifadə edib. Platini isə jurnalistin ona, "Türkiyənin bir daha nə vaxtsa Avropa çemionatına ev sahibliyi etmək şansı varmı" - sualına çarpaz cavab verib: "Siz də bir prezident hazırlayın, gətirin, qoyun UEFA-nın başına, onda seçimlərdə qalib gələrsiz". Bu cavabından sonra daha çox təzyiqə məruz qalan fransalı futbol adamı növbəti açıqlamasında vəziyyəti düzəltməyə çalışıb: "Mənim Fransanın seçimlərdə qalib olması üçün səy göstərdiyimi düşünənlərə bildirmək istəyirəm ki, elə deyil. Türkiyə çox cüzi fərqlə məğlub oldu. Yəni düşünün, mən işə müdaxilə etməli olsaydım, onda 13 səsin hamısı Fransaya verilərdi". Bu açıqlama da Platiniyə çarə etməyib. Ona qarşı tənqidlər dayanmır. Fransanın Türkiyəyə qarşı ironiyasını mövzü edən qonşu ölkə mətbuatı vəziyyəti pik həddə çatdırıb.
| Paylaş: