')

Bu gün:


FutbolPress.Az | ELNUR MƏMMƏDLİ QALİB FORMASINDADI!

ELNUR MƏMMƏDLİ QALİB FORMASINDADI!


oxunma sayı: 474 Paylaş:

Misirdə keçirilən cüdo üzrə Dünya Kubokunda iştirak edən olimpiya çempionu Elnur Məmmədli mötəbər yarışın qalibi olub. London Olimpiadasına lisenziya xalı verən turnirdə 81 kq çəki dərəcəsində mübarizə aparan Elnurla bərabər Elxan Məmmədov (90 kq) və Tərlan Kərimov (66 kq) da finaladək irəliləsələr də, həlledici mərhələdə məğlub olaraq gümüş medalla kifayətləniblər. Yığmamızın heyətində Elxan Rəcəbli (81 kq) və Ramilə Yusubova (63 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, komandamızın Misirdə 15 cüdoçu ilə iştirakı gözlənilsə da, Kifayət Qasımova zədəsini tam sağaltmadığından tatamiyə çıxmayıb. Dünya kubokunu İlqar Müşkiyev, Vüqar Şirinli (hər ikisi 60 kq), Ramil Qasımov (66 kq), Orxan Dünyamalıyev, Amil Qasımov (hər ikisi 73 kq), Ramin Qurbanov (90 kq), Mövlud Mirəliyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Emil Tahirov (+100 kq) isə medalsız başa vurublar.


oxunma sayı: 474 | Paylaş:




?>