')

Bu gün:


FutbolPress.Az | "UltrAslan"dan "Ultra-Neftçi" layihəsi!

"UltrAslan"dan "Ultra-Neftçi" layihəsi!


oxunma sayı: 720 Paylaş:

"Neftçi" yeni mövsümə fərqli formada başlamaq niyyətindədi. Bu plana flaqmanın əzmini özünə qaytaracaq azarkeş amili də daxildi. Gələcəyə hesablanmış işlər hələ yenicə başlamaqdadı.

Azarkeşlərlə bağlı məqama isə indidən aydınlıq gəlib. Belə ki, "UltrAslan-Azərbaycan" dərnəyinin rəhbəri Ceyhun Əzizli xalq komandasını coşquyla dəstəkləyəcək fanklubun yarandığını bəyan edib. Yeni fan-klub "Ultra-Neftçi" adlanacaq. Fanklubun prezidenti olmayacaq və təşkilat İdarə Heyəti tərəfindən idarə olunacaq.

İdarə Heyətində Zamin Əliyev, Sübhan Əliyev, Orxan Siyabov, Nurlan Siyabov, Babək Siyabov, Azər Ələkbərov, Vüsal Qurbanov, Cəlal Ələkbərov və Səxavət Məmmədovun İdarə Heyətində yer alacağı fan-klub yaxın vaxtlarda fəaliyyətə başalyacaq.


oxunma sayı: 720 | Paylaş:




?>