AZƏRBAYCANLI HAKİM AVROPA ÇEMPİONATINDA
Paylaş:
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçiriləcək oyunlarda baş hakim köməkçilərindən biri FİFA laynsmanı Orxan Məmmədov olacaq. U-17-lərin Avropa çempionatının final mərhələsi 2010-cu il mayın 18-dən 30-dək Lixtenşteyndə keçiriləcək. Bu mərhələdə komandalar iki qrupda mübarizə aparacaq. A qrupunda Fransa, İspaniya, Portuqaliya və İsveçrə, B qrupunda isə Yunanıstan, Türkiyə, İngiltərə və Çexiya yığmaları çıxış edəcək.
| Paylaş: