')

Bu gün:


FutbolPress.Az | 1588 işarə  

1588 işarə 


oxunma sayı: 1230 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Özünüzə bir dünya təsəvvür edin - hakim fiti yox, meydanın mərkəzi, ölçüləri, qapıları olmayan abstrakt bir sahə...

Elə bilin Tahir Süleymanov punktualdı, əla vitsedi, hakimliyi yaxşı olub və futbol vəzifəlisi kimi də çox faydalıdı. Ramin Musayevi problemə, Elxan Məmmədovu isə əngələ çevirməyin. Hesab edin əmioğlusuz, bibiqızısız, yaxın qohumsuz.

Rövnəq Abdullayevin "Qavaliyax", Vəli Qasımovun da "Daldan problem" ifadələrini Nobel nitqindən bir parça dəyərində qiymətləndirin.

Bizim Aftafa aksiyamızı tok-şou bilin və güman edin ki, bununla fanlar, ultraslar hərəkatı vüsət aldı... gənclik "bumu" ölkənin al-əlvan guşələrində bərq vurdu. Ölkəni qızıl rüşeymli gələcəyə daşıdı...

Mikayıl Nərimanoğlunun "Əməkdar jurnalist" titulunu ayətullah tituluyla əvəzləyin, qoy, öz yerini bilsin.

Futboldan yazan qəzetləri "maklatura" edin, saytların isə hamısını bir domeyn - unit.az adı altında birləşdirin. Jurnallara isə dəyməyin, onlar stollara lazımdı...

Sevdiyiniz yazara söyün, üzünə deyin ki, sən əbləhsən, tərəfkeşliyə yoluxmusan. İzah edin ki, bunları yazılarınızı sevə-sevə oxuduğumdan dedim, içimdən gəldi.

Məşqçilərə, hakimlərə yox, klub prezidentlərinə və futbolçulara inanın. Birincilər ikincilərdən həmişə daha səmimi olublar...

Qan çıxmayan yeri qaşıyın, onsuz ordan qan çıxmayacaq. Ancaq qaşımağınızı reklam etməyin, çünki siz özünüzü güclü tənqidçi saymaqda yanıla bilərsiz...

Çalışın, futbol oynayın. Bu, sizin sağlamlığınız üçün çox faydalı olar. Ancaq futbolu ölüm-dirim savaşı kimi oynamayın. Bir-birinizə pas verin. Belə olanda insan oyundan zövq alır.
Relaks edin... Hər yazınızda "hədəf" olmasa da olar.

Yazarın bütün yazıları

oxunma sayı: 1230 | Paylaş:





?>