')

Bu gün:


FutbolPress.Az | ...VƏ YUNİS HÜSEYNOV İSTEFA VERDİ

...VƏ YUNİS HÜSEYNOV İSTEFA VERDİ


oxunma sayı: 480 Paylaş:

"Karvan"da vəziyyətin anarxiya halına düşdüyünü xəbər vermişdik. Ötən ildən bu problemə bulaşan və toparlanmaqda çətinlik çəkən Yevlax klubunun baş məşqçisi Yunis Hüseynovun işində qalıb-qalmayacağı da cavabsız sual idi.

Əslində, ötən ildən bir neçə dəfə Hüseynovun istefa verdiyi xəbərləri dolaşmışdı, ancaq yekunda bunun dezinformasiya olduğu bilinmişdi. Son olaylardan sonra baş məşqçi çarəsiz qaldığı, son qərarın rəhbərlikdən asılı olduğunu və klubun ondan imtina etməyəcəyi təqdirdə istefa verməyəcəyini bildirirdi. Bu gün isə təcrübəli mütəxəssis yekun qərarını açıqlayıb. O, fanat.az saytına "Karvan"dan istefa verdiyi haqda açıqlama verib.

"Karvan" Premyer Liqanın turnir cədvəlində sonuncu pilləni tutub və I diviziona yuvarlanıb. Komandanın futbolçuları iki aydır maaş almadığından "Standard"la oyuna çıxmayıb. Yunis Hüseynov da komandaya rəhbərlik etməyib. "Karvan"ın əvəzedici komandasını "Standard"la oyuna Firdovsi Mehdiyev çıxarıb.


oxunma sayı: 480 | Paylaş:




?>