"FIRTINA"DAN QEYRİ-ADİ AKSİYA
Paylaş:
"Fırtına" fanklubu maraqlı aksiya ilə çıxış edib. Belə ki, fanklubun saytında Honduras Futbol Federasiyasına və milli komandanın baş məşqçisi Reynaldo Ruedaya ünvanlanan müraciətin mətni yerləşdirilib. Lənkəranlı azarkeşlər bu müraciətlə Allan Lalinin Dünya çempionatının final mərhələsinə aparılmasını istəyib.
"FENAFUTH və baş məşqçi Reynaldo Ruedaya fan-klubumuz adından müraciət etdik. Dünya çempionatında Honduras millisini dəstəkləməyimiz üçün bizə bir səbəb, Alan Lallinə isə bir şans verməsini istədik. Biz gücümüz çatan yeganə yoldan istifadə etdik ki, Alanımızı CAR-a göndərək. Qərar vermək FENAFUTH və "Doktor"a (Reynaldo Rueda), gözləmək isə qalır ölkəmizin bütün futbolsevərlərinə qaldı", deyə "Fırtına"nın yaydığı məlumatda bildirilir.
Honduras millisi artıq 23 nəfərlik siyahını FİFA-ya təqdim edib. Lakin çempionatın startına qədər heyətdə bir dəyişiklik etmək mümkündür. Heyətə daxil ediləcək bu futbolçunun 30 nəfərlik ilkin siyahıda olması vacib deyil.
| Paylaş: