')

Bu gün:


FutbolPress.Az | Gey Parad və...

Gey Parad və...


oxunma sayı: 1552 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

"Uraaa.. Yevravijını udduxx!" - düşünən manısların əksinə, həmişə içimdə bir xof olub. Hələ də elə bilirəm, bu "Eurovision" Azərbaycanın başına bir bəla açacaq. Bax, şəxsi taksiləri yığışdırma əməliyyatı başlayıb, ancaq artıq həngamə qopub.

Etirazı zorla dağıdan polisin üzünə bir vətəndaşın dediyindəki kimi ironik bir ölkədi bizim ölkə: "Camaatın yarısından çoxu taksidən çörək qazanır, bunu da yığışdırsaz nolajax axırımız" - demişdi ki, basıb maşına apardılar. Aparıb başına nə oyun açdılar bilmədim, amma onu bilirəm ki, məsələn, Xaqani Məmmədov bir şey haqda xeyli fikirləşib.

Məlumunuzdu ki, ümumrespublika geylər "kruqu" qərar vermişdi ki, buyaxınlarda GEYparad keçirəcəklər. Düzdü, sonradan nə elədilər, nə cür burdularsa, iş qaydasına düşdü. Geylərin şefi hüquq-mühafizə orqanlarına bildirmişdi ki, parad-marad olmayacaq.

Azərbaycan futbolunun ünlü simaları, məşhur "üzdə zor, mahiyyətdə xor" veteranları və s. və Tahir Süleymanov bu haqda nə düşünür, bilmirəm, ancaq xəbər eşitmişəm ki, bizim futbolda da bir xeyli gey var.

Məncə, jurnalistlər ölkə ictimaiyyətini xeyli söz-söhbətə sövq eləmiş parad haqda futbolumuzun ünlülərinin mövqeyini öyrənməlidi.

Hətta geylərin kimliyi barədə araşdırma (hərçənd, bilmirəm necə araşdıra bilərsiz - müəl.) yazı da böyük marağa səbəb olar. Narahat olmayın, üzü Avropaya yan aldığımız üçün qanunvericiliyimizdə geylərin hüququ qorunur. Bu mövzuda nəsə yazsaz, cinayət məsuliyyəti daşımayacaqsız.

Doğrudan, Böyükağa Haciyevdi, Ağasəlim Mircavadovdu, İslam Kərimovdu, İsgəndər Cavadovdu, Elxan Məmmədovdu, Ramin Musayevdi və s. bunların GEYparad haqda düşüncələri, bunun xalqımıza zərəri ya başqa nələri haqda fikirlərini bilmək maraqlı olar. Həmçinin futbola zərəri və s.

Nə qədər qeyri-ciddi görsəz də, gey məsələsi bir o qədər ciddi və aktual məsələdi.

Al sənə... bıy, adını çəkdiklərimin hamısı GEYinib-keçinib, GEYparada baxmağa getdilər ki...

Alınmır e, bunlarla heç bir mövzunu əyləşib müzakirə eləmək olmur. Hər şey tamaşadı...

Yazarın bütün yazıları

oxunma sayı: 1552 | Paylaş:




?>