')

Bu gün:


FutbolPress.Az | "QƏBƏLƏ" TONİ ADAMSI RƏSMƏN TƏQDİM ETDİ!

"QƏBƏLƏ" TONİ ADAMSI RƏSMƏN TƏQDİM ETDİ!


oxunma sayı: 503 Paylaş:

Tale Heydərov klubun gələcək planlarından danışdı

Bir neçə gün əvvəl xəbər vermişdik ki, "Qəbələ" Toni Adamsdan başqa klubun idarə heyətini də əsasən ingilislərdən təşkil edəcək. Az əvvəl "Qafqaz Point" otelində başa çatan təqdimat mərasimində verdiyimiz xəbər rəsmi təsdiqini tapdı. Adamsla müqavilənin müddəti hələ dəqiqləşdirilməyib. Klubun yeni icraçı direktoru Alastair Saverimutto 3 il bu vəzifəni icra edəcək. Baş məşqçinin köməkçilər isə həmyerlisi Toni Stivens və "Qarabağ"dan istefa vermiş Fatih Kavlak olacaq.

Tədbirdə klubun prezidenti Tale Heydərov bunları dedi: "Komandamızın böyük iddiaları var. Bu baxımdan yeni lahiyə stadionun, akademiyamızın və digər işlərin kommersiya tərəflərinin inkişaf ettirilməsində həlledici rol oynayacaq. Savermuttonun icraçı direktor təyinatı komandanın Avropa klubu kimi, inkışafına müsbət təsir göstərəcək. "Qəbələ" brendi müxtəlif təşkilatlar üçün korporativ əməkdaşlıq, lisenziyalaşdırma, sponsorluq və pərakəndə satış kimi kommersiya imkanları təklif edəcək."

--------     --------     --------    ---------     --------     --------      ------

Tədbirdə o da açıqlandı ki, "Qəbələ" bundan sonra məşhur "Lotto" şirkəti ilə əməkdaşlıq edəcək. Şirkət bundan sonra klubun baş sponsorudu. Klubun yeni stadionunun layhiəsini isə "AFL ARCHITEKS" şirkəti hazırlayıb. Stadion 15 min azarkeş tutumuna malik olacaq.
Bu şirkət "Çelsi", "Mançester Yunayted" və "Everton" kimi klublarla da əməkdaşlıq edir.

--------     --------       --------       --------       ---------      -------      -------

Artıq Adamsla müqavilənin müddəti də rəsmən bilinib. İngilis mütəxəssis 3 il "Qəbələ"ni çalışdıracaq. Adams açıqlamasında bildirdi ki, artıq sabiq baş məşqçi olan Ramiz Məmmədovla görüşüb. Məlum olub ki, Məmmədov sentyabradək "Qəbələ"də olacaq, köməkçi məşqçi işləyəcək. Ondan sonra Avropa ölkələrindən birinə təcrübə artımı üçün göndəriləcək.


oxunma sayı: 503 | Paylaş:




?>