')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ" NƏ İSTƏYİR?

"NEFTÇİ" NƏ İSTƏYİR?


oxunma sayı: 362 Paylaş:

Dünən "Neftçi"də islahat adıyla 11 legionerdən altı nəfəri uzaqlaşdırılıb. Bunlar Suat Usta, Taavi Rahn, Marian Aliuta, Vladimir Voskoboynikov, Valter Quqlemon, komandanın bombardiri və ən bahalı transferi Adrean Neaqadı.

Klub rəhbərliyi və baş məşqçi Arif Əsədov bu qərarı gələcəyin komandasını qurmaq məqsədiylə verdiklərini bildirir. Onlar həm də komandanı avroliqaya vəsiqə qazandıra bilməməsinə görə qovulublar. Bu arada, qapıçı Vladimir Miçoviç, Nazar Bayramov və Valentin Atem isə mövsümün sonunda komandadan kənarlaşdırılacaq. Yalnız Litva yığmasının qapıçısı Paulius Qribauskas, Dmitri Kruqlov, Valeri Abramidze, Leonard Naydin və Joze Karlosla yola davam edəcək "flaqman"dan gələn yeni xəbərə görə Braziliyaya ezam olunan seleksiyaçı məşçi Bəxtiyar Musayev və vitse-prezident Tahir Süleymanov artıq iki braziliyalı futbolçuyla danışıqları müsbət yekunlaşdırıb. Futbolçulardan biri Braziliya A seriyasında oynadığı xəbər verilir.

Klubun prezidenti Sadıq Sadıqov deyir ki, Braziliyada axtarışlar hələ bir müddət də davam edəcək. Ezamiyyətdə olan rəsmilər komanda üçün yararlı legionerlər tapmağa çalışacaq. Sadıqovun daha çox öz ölkəsinin yığmasında oynayan əcnəbilərin transfer etmək istədiklərinin deyir. Ancaq Arif Əsədov da, Tahir Süleymanov da, elə Sadıqovun özü də bir müddət əvvələdək gələcəyin komandasını quracaqlarını deyirdilər. "Gələcəyin komandasında" legionerin yenə çoxluq təşkil edəcəyini təxmin edənlər isə yanılmayıblar...


oxunma sayı: 362 | Paylaş:




?>