')

Bu gün:


FutbolPress.Az | DONALD MAKVİKARIN AZƏRBAYCANA SƏFƏRİNİN AÇIQLANMAYAN TƏFƏRRÜATLARI

DONALD MAKVİKARIN AZƏRBAYCANA SƏFƏRİNİN AÇIQLANMAYAN TƏFƏRRÜATLARI


oxunma sayı: 507 Paylaş:

Babək Quliyevin hakimlikdən uzaqlaşdırılması pisləndi

UEFA-nın Hakimlər Konvensiyasının Azərbaycan üzrə məsul nümayəndəsi Donald Makvikarın Bakıya bir həftəlik səfəri başa çatıb. Səfər hakimlik və hakim-inspektorluğun vəziyyəti ilə tanışlıq xarakterli olub. Bu arada o, Premyer Liqanın oyunlarına təyinat alan referilər üçün seminar verib.

Bu haqda informasiyaların rəsmi tərəfi bunlardı. Ancaq əslində, Makvikarın Azərbaycana səfəri heç də ürəkaçan nəticələr verməyib. Bu haqda informasiyalar gizlədilsə də, məlumatlı mənbəmiz maraqlı xəbərlər dedi. Makvikar səfəri ərzində ən çox FİFA referisi Babək Quliyevin qeyri-müəyyən müddətdə peşəsindən uzaqlaşdırılmasını qabardıb. Bu arzuolunmaz faktı pisləyib.

Məsul nümayəndə bu haqda, həmçinin seminardan aldığı təəssüratını və bir neçə sənədləşmə işlərini UEFA Hakimlər Konvensiyasına hesabat halında təqdim edəcək. Mənbəmiz deyir ki, Makvikar hesabatda heç də müsbət fikirlər toplamadığını ona etiraf edib. Alternativ informasiyaları əldə edən nümayəndə hakimlərimiz haqda ingilis dili problemini və çempionat oyunlarında hakimliklə bağlı şikayətlərin və narazılıqların həddən artıq olmasını qeyd edib. Bu isə heç də yaxşı hal deyil. Hakimliyin inkişaf etdiyini inadla bildirən, xırda problemləri şişirtməkdə mətbuatı suçlayan Hakimlər Komitəsinin (HK), Peşəkar Futbol Liqasının (PFL) Makvikarın qarşısında aciz qalması gözlənilən idi. Halbuki, bunlar da gizlədilirdi...

Məlumat üçün bildirək ki, UEFA Hakimlər Konvenasiyası qitə ölkələri arasında hakimliyin problemlərini araşdırmaq, müvafiq tədbirlər həyata keçirtmək, hakimliyin inkişafı səviyyəsi, infrastrukturun vəziyyətiylə yerlərdə tanış olub problemləri aradan qaldırmaq üçün dəstək vermək məqsədiylə təşkil olunub. 2003-cü ildə əsası qoyulan bu Konvensiyanın yaradılması təşəbbüsü UEFA-nın prezidenti Mişel Platiniyə məxsusd.

Hazırda qitənin 30 ölkəsinin üzv olduğu Konvensiya üzvlərinə UEFA tərəfindən birdəfəlik 150 min avro verilir. Həmçinin hakimliyin inkişafı üçün hər il 200 min frank ayrılır. Ancaq Azərbaycan hakimliyinin ümumi perspektivi bu konvensiyaya yaxın 5-6 ildə qoşula bilməyəcəyi gümanını yaradır.


oxunma sayı: 507 | Paylaş:




?>