')

Bu gün:


FutbolPress.Az | "ALTILIQ" SİSTEMİ BƏYƏNİLMİR!

"ALTILIQ" SİSTEMİ BƏYƏNİLMİR!


oxunma sayı: 427 Paylaş:

Artıq bir aydı ki, saytımızda "altılıq" sisteminə oxucularımızın rəyini öyrənmək üçün sorğu aktivləşdirilib. İndiyədək sorğuda qoyulan suala 223 səs gəlib.

"Altılıq" sistemini bəyənirsizmi" sualının "Xeyr" variantına 102 (45.74%) səs gəlib. PFL-in cari mövsümdən tətbiq etdiyi bu sistemi bəyənənlər də az deyil- 97 (43.05%). Hətta sorğunun gedişində yeni sistemi dəstəkləyənlər daha çox idi, amma maraqlıdı ki, son bir həftə ərzində inkar variantına gələn səslərin sayı xeyli artıb.

Ümumiyyətlə, ictimaiyyətdə də xeyli müzakirəyə səbəb olan "altılıq" sistemini məqbul sayanlarla əksini bildirənlər arasında kəmiyyətcə elə böyük fərq yoxdu. Ancaq keyfiyyətli formanın tapılması üçün davam edən araşdırmaların və müşahidələrin nəticəsi AFFA və PFL tərəfindən yekun qərarla çempionatın sonunda açıqlanacaq.

Sorğumuzda iştirak etməklə proseslərə öz fikrinizi də bildirmiş olursuz. Bu arada, sorğudakı suala "Fərqi yoxdu" variantına gələn 24 (10.76%) səs də maraqlı faktı üzə çıxardır. Deməli, onlar çemionatda hansı formatın tətbiq olunmasında heç bir fərq görmürlər...


oxunma sayı: 427 | Paylaş:




?>