')

Bu gün:


FutbolPress.Az | "KARVAN"DA XAOS!

"KARVAN"DA XAOS!


oxunma sayı: 400 Paylaş:

Yunis Hüseynov çətin vəziyyətdə qalıb

"Karvan"da vəziyyət acınacaqlı hal alıb. Klub rəhbərliyi də artıq durumu idarə edə bilmir. Futbolçuların maaşı gecikdiyinə görə, heyətin əsas oyunçuları dünən "Standard"la qarşılaşmaya çıxmaqdan imtina edib. Buna görə ikinci heyətlə oynayan Yevlax klubu biabırçı hesabla (6:0) məğlub olub.

Hətta baş məşqçi Yunis Hüseynov da öz funksiyasını yerinə yetirməkdən imtina edib. Komandanı əvəzedici heyətin məşqçisi Firdovsi Mehdiyevin meydana çıxardığı deyilir. "Karvan"dakı bu gərgin vəziyyətin təfərrüatları hələ dəqiq məlum deyil. Əsas səbəb kimi maaşların verilməməsi göstərilsə də, vəziyyətin bu hala gəlməsində başqa səbəblər də istisna olunmur. Bu haqda yeni və daha dolğun informasiya əldə etməyə çalışacağıq.


oxunma sayı: 400 | Paylaş:




?>