')

Bu gün:


FutbolPress.Az | 49 AZARKEŞ YARALANDI, 72 NƏFƏR HƏBS OLUNDU

49 AZARKEŞ YARALANDI, 72 NƏFƏR HƏBS OLUNDU


oxunma sayı: 242 Paylaş:

Almaniyanın Hamburq şəhərində futzal üzrə matçdan sonra kütləvi dava baş verib. "Associated Press"in verdiyi xəbərə görə, regional liqa çərçivəsində üz-üzə gələn komandalar 3:3 hesabı ilə sülhlə ayrılsalar da, azarkeşlər eyni fikirdə olmayıblar. Kütləvi dava nəticəsində 49 nəfər xəsarət alıb, 11 polisə təcili tibbi yardım göstərilib. 72 nəfər həbs olunub.

Polisin məlumatına görə, qəzəbli azarkeşlərin qarşısını almaq üçün onları mühasirəyə almaq, dəyənək və göz yaşardıcı qazla avtobus dayanacağınadək sıxışdırmaq lazım gəlib. Gənc azarkeşlər üçün kimə hücum etdiklərinin heç bir fərqi olmayıb, nəticədə baş verənləri lentə alan operator da xəsarət alıb.

İnsidentlə əlaqədar ikinci oyun gününün matçları təxirə salınıb. Turnirin davam edib-etməyəcəyi məlum deyil.


oxunma sayı: 242 | Paylaş:





?>