')

Bu gün:


FutbolPress.Az | ŞƏHRİYAR MƏMMƏDYAROV REYTİNQİNİ YAXŞILAŞDIRIB

ŞƏHRİYAR MƏMMƏDYAROV REYTİNQİNİ YAXŞILAŞDIRIB


oxunma sayı: 314 Paylaş:

Ənənəvi olaraq üç aydan bir açıqlanan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinq cədvəli növbəti dəfə dünən yenilənib. Cədvəldə müəyyən dəyişikliklər var. Norveçli vunderkind Maqnus Karlsen əvvəlki kimi liderdi (2813 xal). Bolqar Veselin Topalov nəticəsini bir qədər də yaxşılaşdıraraq 2812 xalla ikinci olub. Rus qrossmeyster Vladimir Kramnik üçüncüdü - 2790 xal.

Azərbaycan yığma komandasının kapitanı Şəhriyar Məmmədov irləliləyib. Həmyerlimiz bu dəfə altıncı sırada qərarlaşıb (2763). Teymur Rəcəbov isə 2740 xalla 13-cü pillədəki yerində qalıb. Yığmanın digər üzvləri - Vüqar Həşimov 17-ci (2734), Rauf Məmmədov isə 85-ci yerdədi (2653).


oxunma sayı: 314 | Paylaş:




?>