')

Bu gün:


FutbolPress.Az | Mənim Saxta Babam 

Mənim Saxta Babam 


oxunma sayı: 1428 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

(Yeni il Şarjı)

Yeni il həm də Şaxta Baba, Qar Qız deməkdi. Əvvəllər Qar Qız babanın nəvəsi idi. Bu obrazı nəvə qismində fikirləşib, yaratmışdılar. Ancaq "andıra qalmış" XXI əsr hər şeyi tərsinə çevirəndən indiki Qar Qızlar Şaxta Babanın nəvəsi yox, CiVisi qismində attanıb-düşür...

Başlayaq Böyükağa Hacıyevdən. Axırıncı dəfə Hacıyevin adı çəkilən köşə yazımda xoşagəlməz bir şey yaranmışdı. Yazmışdım ki, təsəvvür edin, oturmuşam onunla bir kafedə, xaş yeyirik, 15 dəqiqəyə gəlirəm, deyib, aradan cırır, "şotu" özüm verməli oluram. Bu cümlədəki "təsəvvür edin" məqamını da xaşa qatıb, kasaqarışıq çölə vıyıldadan Böyükağa ağa başıma and içibmiş ki qanımı içəcək. Sonra... vəziyyət yoluna düşüb.

Aradakı inciklik səbəbindən, özünün dediyi kimi, Çempyanat Liqasının qrup mərhələsinə hazırlaşdıqları üçün mənim Şaxta Babam ola bilməyəcək. Keçək cari variantlara...

Məyus halda səki ilə gedirəm... Birdən qarşıma Ağasəlim Mircavadov çıxır. O da nədənsə mənim kimi məyusdu. Guya könlünü açmaq niyyətiylə, ancaq çox uğursuz bir hərəkət edirəm.

- Salamməleyküm aaay Ağa.
- Hə, tutualım ki əleyküm salam.
- Bıy. Nə olub, niyə bikefsən?
- Tutalım ki bikefliyimin səbəbini dedim...
- Heç nə. Tutaq ki mən də sizə dedim, mənim Şaxta Babam ol.
- Eeehh.. mənim Şaxta Baba olan yerim işləmir, bala. Heç kimə lazım deyiləm deyəsən.

Heç nə... Bu tragikomik səhnəsiylə Ağasəlim ağanı birlikdə qoyub, uzaqlaşıram.

Yolüstü kimi görsəm yaxşıdı - İsgəndər Cavadov. Eyni şeyi ondan soruşuram. Cavabı konkret olur: Qoy Elxan Mamedovdan soruşum, o da Rövnəq müəllimdən... Ondan sonra deyərəm.

Bu cavabından sonra əmin oluram ki, keçmişin yekə futbolçusu olmuş Cavadov hətta Şaxta Baba olmağına da kimdənsə icazə almalıdı...

Məlum məsələdi ki, mən Cavadovu AFFA-nın binası qarşısında faraqat duran yerdə görmüşdüm, deməli, məntiqlə mənim AFFA-nın binasından dəvət olunmağım ehtimalı var idi. Bəs dəvət kimdən gəlsə yaxşıdı? Ramin Musayevdən!

- Salam a bajıqızı... Nağaysan həyətdə? Bə üşümürsənmi?
- Mən sizin bacınızın qızı deyiləm axı, tanıyırsız anamı? Adı Səmayədi.
- Az, o da mənim bajım. Otur görüm. Nə var Qar Qız paltarında hərrənersən buralarda, hehehhe...
- Özümə Şaxta Baba axtarıram. Ramin müəllim, siz hansı musiqiyə qulaq asırsız?
- Mən qulax aseram Aşıx Tellinin "Çinql Bels" mahnısına.. eeehehehe! Nəysə.. Hə, dedin nağaysan.. Şaxta Baba axtarırsan?
- Bəli. Şaxta..
- Bajqızı, mən olum da. İstirsən, Ded Moroz, ya nəvlim Santa Klaus... Nə cürnəsini istirsən de, o cürnə də olum da na.
- Yox. Siz mənə Şaxta Baba ola bilməzsiz, siz mənimçün elə doğruçu baba olun.
- Həəə.. nətttər məsləhətdi. Onda sənə deyimmi kim ola bilər sənçün Şaxta Baba?
- Məmnun olardım.
- Bax, burdan 1 mərtəbə də çıx yuxarı, denən mənə Şaxta Baba lazımdı. Özü çıxacaq qabağına. Hehehehehe.. Di davay.. Yaxşı yol! Mamaqa salam de məndən, hehehö..

1 mərtəbə yuxarı qalxandan sonra gördüm Elxançik.. krasssavçik.

- Eee.. öö.. Salam. Happy new year! Xanum qız! Siz "snequroçkşa"! Vauuu...
- Mersi.. Elxançik, ol mənim Şaxta Babam.
- Da! Xoçu! Bolşe bolşeee... Nuu...
- Nə nuu..?
- Rövnəg müəllim. Nu bilirsiz da on... Bizim ümumu rəhbər gedir da burda. Nu "slış".. Mən çox pis danışır ana dilinda?
- Yox, çox gözəl və qrammatik danışırsız.
- Ehhehe.. da! Paxılllar pütun günü yazıllar.. Tipa mən Azərbaycancasına pis bilirəm. Ohh sorry! Siz çox qalmayın burda.
- Narahat olmayın, Rövnəq müəllimə deyin, Günay Eltac gəlib. Tanımasa, deyin Qar Qız.
- OK.

* * *

- Aloa.. Rövnəg müəəəəlim, aaa... ııı.. sizi Günay Eltac xanum soruşur. 

- Ə, Elxan, sənə neçə dəfə demişəm, danışığıvı azcana Azərbaycan dilinə oxşat. Düzəlt! Günay kimdi? Eltac onun nəyidi?
- Oouuu.. Rövnəg məllim, o köşə yazanı. Daa... Eltac prosta onun kliçkasıdı. Ooo yeah! Sizə Qar Qız gözündən baxır... ixixi.
- Ə, voşum, fair-play qaydalarına əməl eləməknən göndər yanıma.

Məni əyləşdirib uçan boşqaba, göndərdilər. AFFA-nın binasını tərk elədim. Boşqab məni gətirib ətrafında sökülmüş-dağıdılmış evlər olan, amma özü çox bəzəkli, əzəmətli və möhtəşəm bir binanın yanında düşürdü. Binanın üstündə SOCAR yazılmışdı. Gəldim çıxdım Rövnəq Abdullayevin qənşərinə:
- Ooo.. Qar Qız! Çox gözəl. Əyləş. Gördün da nə qəşəy binamız var. Sən SOCAR-a fikir vermə haa, tərcüməsi ARDNŞ deməhdi. Hə.. dedin sənə nə lazımdı?
- Nə yox, kim.
- Bıy, Elxan "nə" demişdi. Eybi yox, yaxşı, olsun kim. Kim lazımdı?
- Şaxta Baba. Mən Azərbaycan futbolunda öz Şaxta babamı axtarıram.
- Əccəb eləyirsən. Ancaq əvvəlcə icazənizlə mən sizə bir-iki kəlmə danışım. Deməli, son zamanlar deyirlər dəm qazından boğulma faktları çoxalıb və bunda guya günahkar mənəm. Mən başa düşə bilmirəm, əgər dəm qazı adamları boğursa, bu niyə mənim günahım olur. 
- Bəli... Ancaq biz Şaxta baba temasında danışmalıydıq.
- Bıy. Həə. Uje 2011-ni qavaladıx? Yerinə 2012 gəldi, eləmi? Hmm... Görürsənmi necə proseslər baş verir. Hər gələn il o biri ili qavır. Deyirlər, 2012-də dünya dağılacaq, düzdü?
- ...
- Hə də, sən-mən hardan bilək. Deməli, Qar Qız, sən bilirsən də, deməyə ehtiyac yoxdu ki, biz hər bir işi peşəkar görürük. Ona görə də bizim sənçün Şaxta Babamız da peşəkar bir nəfər olmalıdı. Çox fikirləşməyə ehtiyac yoxdu, sağ olsun Tahir Süleymanov. Çox peşəkar bir Şaxta Babadı.
- Tahir Süleymanov?!
- Elədir ki var! 

- Eee.. öhhö-öh-öh-hööö! Hörmətli Günay xanım Eltac Qar Qızları! Mən Tahir Süleymanovam! Sizi salamlayıram! Sizinçün peşəkar qaydada Şaxta Baba xidmətləri gerçəkləşdirəcəyimizə, Avropa səviyyəli yolka quraşdıracağımıza and içirəm!

* * *

Tahir müəllim bundan sonra çox uzun bir çıxış elədi. 2012-ci ildə dünyanın dağılması haqda sualı da cavablayandan sonra söhbətə peşəkar bir nöqtə qoydu. Yazıdakı bütün personajları bir yerə toplayıb, xatirə şəkli çəkdirdik. Sonra...

(Ardı olacaq)

Yazarın bütün yazıları

oxunma sayı: 1428 | Paylaş:




?>