')

Bu gün:


FutbolPress.Az | ERMƏNİ MƏŞQÇİDƏN ŞOK İDDİA

ERMƏNİ MƏŞQÇİDƏN ŞOK İDDİA


oxunma sayı: 282 Paylaş:

Türkiyəli mütəxəssis Mustafa Dənizlinin İranın "Persepolis" klubuna baş məşqçi təyin edilməsi ilə işindən qovulan erməni məşqçi Harut Abramiyan məsələni siyasiləşdirib. Türkiyə mətbuatının verdiyi məlumata görə, komandada qapıçılar üzrə məşqçi kimi çalışan Harut Abramiyan erməni olduğu üçün işindən olduğunu iddia edib.

"Mustafa Dənizli Osmanlı-erməni döyüşündən 96 il ötməsinə baxmayaraq hələ də bu savaşın xatirəsi ilə yaşayır" - deyə erməni məşqçi bildirib.

Mustafa Dənizli isə deyilənləri iftira adlandıraraq, serb əsilli Serdan Qomaloviç və alman əsilli Ralf Sumediklə də əməkdaşlığı dayandırdığını qeyd edib.


oxunma sayı: 282 | Paylaş:





?>