')

Bu gün:


FutbolPress.Az | 7 QIZIL, 2 GÜMÜŞ VƏ 1 BÜRÜNC

7 QIZIL, 2 GÜMÜŞ VƏ 1 BÜRÜNC


oxunma sayı: 277 Paylaş:

Bakıda keçirilən qadınlar və kişilər arasında sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionatı başa çatıb. Çempionatın sonuncu günü yunan-Roma güləşçiləri üç çəki dərəcəsində mübarizə aparıblar.

Yarışda Azərbaycanı Şalva Qadabadze (84 kq), Səbuhi Hümbətov (96 kq) və Müslüm Müslümov (120 kq) təmsil ediblər. İlk görüşdə hər üç güləşçimiz - Şalva Qadabadze türkiyəli Nəzmi Avulcaya, Səbuhi Hümbətov rusiyalı Aslanbek Kuştova, Müslüm Müslümov isə serbiyalı Rodamir Petkoviçə məğlub olub. Azərbaycan güləşçilərinin rəqibləri final mərhələsinə yüksəlsələr də, idmançılarımız təsəlliverici görüşlərdə də uduzublar.

84 kq çəki dərəcəsində finalda türkiyəli Nəzmi Avulca rusiyalı Aleksey Mişini məğlub edərək qızıl medala sahib olub. 96 kq çəki dərəcəsində Aslanbek Kuştov (Rusiya) Timofey Jiniçenkodan (Belorus) üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 120 kq çəki dərəcəsində isə finalda Rza Kayaalp (Türkiyə) Rodamir Petkoviçi (Serbiya) məğlub edərək Avropa çempionu adını qazanıb.
Beləliklə, mötəbər yarışda Azərbaycan güləşçiləri medal qazanıblar.


oxunma sayı: 277 | Paylaş:




?>