')

Bu gün:


FutbolPress.Az | "FutbolPress" 2012  

"FutbolPress" 2012 


oxunma sayı: 1077 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

3 ildi elektron KİV arasında öz yerini edən FutbolPress.Az konkret fəaliyyət prinsipləri və məqsədləri məlum olan bir redaksiyadı. 2008-ci ildə qəzet kimi fəaliyyətə başlayan "Futbol-Press"i oxuyanlar yaxşı bilir, cəmi 9 ay ərzində çox böyük işlər gördük. Elə böyüməkdə olan və ən müxtəlif çalarlarla əyər-əskikləri işarə edən qəzeti hər tərəfdən maliyyə blokadasına alıb, dayanmasına nail oldular - uzun müddət çətinliyə dözsək də...

Ancaq bu, o zaman idi. Müstəqil fəaliyyəti böyük anlamda futbol klublarının reklam təkliflərindən asılı olan elektron idman KİV-nin "dişsiz" olduğu, radikal mövqeyini, reklam "sifarişçisinin" digər sifarişlərinim qarşısında aciz qaldığı zamanlar idi...

"Futbol-Press" qəzeti məhz o zamanlar tək öz adına yox, bütün idman mediası naminə mübarizəyə başladı və məhz özünü qurban verməklə çox geniş bir arealın açılmasına şərait yaratdı. Təsəvvür edin, biz hətta ən bəsit formada, ən səhih tərzdə izah etməyə çalışırdıq ki, klub idarəçiləri jurnalistlə ünsiyyət, adi davranış qaydalarına ciddi fikir versin. Hətta çox çətin vəziyyətlərlə qarşılaşırdıq. Zaman ötdükcə biz öz qaydalarımızı diqtə etdik.

Qəzetimiz fəaliyyəti sona çatdırmadı, o zamanın şəraitinə görə müvəqqəti dayandı. Zaman gəlib çatacaq və qəzet yenidən - daha yaxşı şəkildə fəaliyyətinə davam edəcək.

Biz redaksiya halında idman mediasını özünün "reklam asılılığına" uğradan klublara qarşı səhv addımlarını birbaşa bildirdik. Bizim kimi düşünənlər az olsa da, ətrafımızda birləşdilər. Az olsaq da, doğru olduğumuza görə, gücə çevrilə, doğrunu gücə çevirməyə nail ola bildik. Tədricən vəziyyət qaydasına, normal halına düşməkdədi.

İndi artıq 1-2 il əvvəlki tək klub rəhbəri jurnalistlə, "Əccəb edirəm..", "Ayəəə", "Get "zakazıvı" yaz" - formasında danışmır. Amma vaxtilə bütün idman mediasıyla bu cür davranırdılar...

Biz "FutbolPress" brendi ilə keçdiyimiz 4 illik yolun arxada qalan 2011-ci ilini qısaca yada salacağıq.

Geridə qalmasına bir nüçə gün qalan 2011 portalımız üçün ən uğurlu mövsüm sayıla bilər.

Oxucu, izləyici sayını hər ay artıran, dinamik sürətlə inkişaf edən FutbolPress.Az 3 il ərzində "Ən obyektiv və ən radikal" ünvanını qoruyub, saxlayıb. Biz özümüzə "əəəəən tirajlı" demədik, ən tirajlıların bacarmadığı işləri gördük oxucumuz üçün, ən tirajlıların yaza bilmədiklərini yazdıq. Və ən tirajlı saytlardan biri olduq. Kəmiyyət yox, keyfiyyətə yönəltdik gücümüzü. Bu, çox çətinliklərlə başa gəlib, amma qüruruvericidi.

Ötən il biz ilin ən şok hadisəsini media müstəvisinə çıxardıq. PFL prezidenti Ramin Musayevin "Oteldə çek" olayı nəinki idman mediasının, bütünlükdə KİV-in nəzər nöqtəsinə düşdü. Həmin araşdırmanı tam formatında oxuculara faktlar və dəlillərlə çatdıran portalımıza qarşı çirkin əməllər, ittihamların hamısı özü yerini tutdu - zibil qutusu.

İndi o ittihamçıların heç biri meydanda deyil, olanı da "əyilmiş" halda qalıb... Naxələf və düşüklər yenə məğlub oldu.

Düzdü, ilin yekunlarına dair məqalələrdə həmin hadisəyə toxunanlar azdı. Çünki o hadisəni yazmaq hər idman saytının, qəzetinin hünəri deyil. Məlum olan odu ki, təkcə həmin araşdırmaya görə AFFA-da ciddi addımlar atıldı və istefalar oldu.

İlin digər ən mühüm hadisəsi olan Berti Foqtsa qarşı "Aftafa aksiyası"nın da ideyası "FutbolPress"ə məxsusdu. Bütün Avropa və dünyaya səs salan reportyor flaş-mobumuz çox kiçik bir qrupla - cəmi 3 portal və 1 qəzetin iştirakıyla baş tutsa da, səsi-küyü çox, lap çox böyük oldu. Aksiyanın təşkilatçıları Elçin Cəlilov və Əli Sahib sonrakı mətbuat konfranslarında çox təzyiqlərə məruz qaldılar və s.

Bu cür ictimai etirazları ifadə edən aksiyalarımız az olmayıb. Olacaq da...

Bu gün elektron KİV arasında maddi imkanlarına görə ən çətin durumda olan "FutbolPress" buna baxmayaraq müxtəlif regionlara səfər edir, Azərbaycan Premyer Liqasının ən maraqlı oyunlarından canlı reportajları təqdim edir. Ən çox bölgə səfərləri gerçəkləşdirən portallardan biri də bizim redaksiyadı. Hələ təkrar qeyd edək ki, çox kiçik maliyyə imkanlarıyla.

Analitik yazılar, problem nöqtəsini göstərmək və onu təhlil etmək, ucuz xəbərdən qaçmaq, oxucuya real informasiya çatdırmaq... Portalımızın fəaliyyəti budu.

Ən çox köşə yazıları da, ən populyar köşə mətnləri də bizim portaldadı. Ancaq biz bununla kifayətlənmək fikrində deyilik. Zaman keçdikcə oxucu daha yaxşısını istəyir və buna layiqdi. Biz də 2012-yə keçməzdən əvvəl qarşıdakı mövsüm üçün fəaliyyət planlarımızı indidən müəyyən etmişik. Yeni ildən siz daha operativ və actual bir "FutbolPress" görəcəksiz. Yeni ilin əvvəlində saytımızın tərtibatında yenilik olacaq. FutbolPress.Az ən keyfiyyətli proqram təminatına malik bir sistemə və tərtibata keçəcək.

Uğurlu sayt hər "klik"dən sonar daha maraqlı olan saytdı. Çabamız, məqsədimiz bu cür bir sayt çıxarmaqdı qarşınıza. Yeni ilimiz uğurlu olsun!

Yazarın bütün yazıları

oxunma sayı: 1077 | Paylaş:




?>