')

Bu gün:


FutbolPress.Az | 1 qəpiklik səviyyə...

1 qəpiklik səviyyə...


oxunma sayı: 1136 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

Vəziyyət çox ağırdı. Eşşək yüklü kitab oxu(ma)yan gədələri dindirirsən, danışanda vətənpərvərlikdən goplayırlar. Deyirəm, ay qardaş, ay namus-qeyrət, sən Deyl Karneqini oxuyandan sonra necə namuspərvər ola bilərsən?! Cavab budu: vətəni sevməyən insan olmaz, olsa da...

Son vaxtlar bəzi kadın yazarlar peyda olub. Təbiidi ki, Azərbaycan kimi - yanıqlardan bol məkanda kadına qarşı xüsusi motivasiya var. Bəli, bura Azərbaycandı, burda kadına görməmişlik hissləri daimidi. Bu yazarların müzakirə mövzusu olmaq avantajı futbolüstəgəl qəzetinin ən azarlı yeridi. Cəhənnəmə ki... Belə xəndəkli təfəkkür sahiblərindən idman yazarı qayırmaq beşqəpiklik intihara bərabərdi.

Deyirlər, idman jurnalistikasında kimsə ağsaqqaldı, kimsə təcrübəlidi, kimsə satirikdi, kimsə gənc və perspektivlidi və s. Ağlınızı başınıza top eləyin, hamınız bir bezin kənarısız.

Bəzilərinə, asqırdıqlarına "sağlam ol" deyilmirsə, bu, o demək deyil ki, diqqətsizik və ya yuxudayıq... sadəcə, atmacanız "kayf" vermir... Belələrinin yanğısı, azarı, yazdıqlarına cavab almaqdısa, onları yanıqlı qoymaq lokal çıxış yoludu.

İdman jurnalistikasında bəyəndiyim yazar çox azdı. Onların düşük, iyrənc niyyətlərinin şahidi olmamışam, hansı ki bir qarın klub reklamına görə və ya illər ərzində qazana bilmədiyi nüfuzun ona yetirdiyi "travmanın" nəticəsidi ki, bu gün istənilən yeniliyə qarşı qotur tutur bəzilərini. Belə "allergik" yazarlar N qədərdi. Allah saxlasın adamı onlardan... Kənardan müşahidələrim göstərib ki, bəziləri nüfuz xatirinə, redaktoru olduğu saytda kəndi-kəndinə şərh yazıb. Hər yan kənduşqulu... (Söhbəti tutan oğlana salam...)

Camaat da elə bilib ki, bu saytın yazılarına şərh gəlir. Sən allah, ad çəkməyə məcbur eləməyin, belə kəndirbazlarla dil-boğaz olmaq niyyətim yoxdu, sadəcə diqqətli olun, özünüz biləcəksiz mahiyyət nədən ibarətdi...

Xahiş edirəm, gedin Ramin Musayevin PFLiynən məşğul olun, ömür boyu yazdığınız bundan yuxarı qalxmayıb, qalxanların qabağında sipər olmaq sizlik deyil.

Azərbaycanda futbolun olmadığını əzbərləyən, problemləri ağıllıca çözmək üçün klaviaturaya kərkinən jurnalistin özündən beşbətəri yoxdu, çünki bu cür yazar natamam bir məxluqdu, onun həyatda "reklam pulu" adlı azarı yerinə yetməyib, "travması var"...

Kadın yazarlar deyib bir laf etdik, o söhbəti də bitirək: bir qəzetcik yazısında mənim fotomu da verib. Guya ironiyamı, tənqidmi, annotasiyamı, nə bilim nə edib... Ay kişi, heç nə baş açmaq olmur ki, bu bədbəxt məxluq nə yazmaq arzusundaymış... Mənim sözüm odur ki, belə səviyyəsizlər gedib güzgüdə paçasına baxsın, rüşvət aldığı, dalına-qabağına, cibinə girdiyi futbol məmurlarını yadına salsın, utansın, qızarsın, yerə girsin, sonra gəlib hansısa xanım yazara söz atsın yazısında... Bu heç...

Bir sayt var, adı dillər əzbəri, tirajı qısır inək... Gecə-gündüz gücənir ki, qabağa gedəni dala dartsın. Xahiş edirəm, kənardan baxanlar var, özünüzü "qəhrəman" kimi göstərməyin, alınmır, hətta evdar kadın kimi mən də görürəm ki, sizdə alınmır da...

Yazarın bütün yazıları

oxunma sayı: 1136 | Paylaş:





?>