')

Bu gün:


FutbolPress.Az | HAFİZ MƏMMƏDOV DANIŞMAĞA BAŞLADI

HAFİZ MƏMMƏDOV DANIŞMAĞA BAŞLADI


oxunma sayı: 725 Paylaş:

"Bakı"nın vəziyyəti heç də yaxşı deyildi. Çempionatdakı çıxışı, xüsusuilə, bu çıxışın Bülənt Qorxmaz kimi Azərbaycan üçün prestijli sayılan bir məşqçi ilə davam etməsi bu klubun rəhbərliyinin mətbutada susqunluğuna səbəb olmuşdu.

Məlumdu ki, Qorxmaz artıq "Bakı"da deyil. Son iki oyunda komanda öz gücündən böyük nəticə göstərib. Bundan əvvəlki turda "İnter"i büdrədəndən sonra (1:1), "Xəzər Lənkəran"a qalib gəlməsi prezident Hafiz Məmmədovun iddialı danışmasına səbəb oldu.

Məmmədov oyundan sonra supersport.az saytına müsahibə verib - kifayət qədər əhval-ruhiyəli olduğu hiss olunur: "Oyundan zövq aldım. "Bakı" çempion komandadır və hər oyuna yalnız qələbə üçün çıxır. "Xəzər Lənkəran" kimi çox güclü rəqibə qarşı prinsipial oyunda əldə olunan qələbə məni sevindirdi. Ən əsası isə, komandamızın məzmunlu və əzmkar oyun nümayiş etdirməsidir. Komandamızın üzvləri söz veriblər ki, mübarizəni sonadək davam etdirəcəklər".

"Əzmkar oyun" ifadəsi hardan gəlib düşdü bizim futbolumuza..? Əslində, səviyyəli futbola yaraşmayan bir söz sayılsa da, bizimkilər tez-tez bunu işlədir. Hafiz bəy də komanda haqda belə deyib: "Kimisə fərqləndirmək istəməzdim, bu gün komanda oyununun şahidi olduq. Ümumiyyətlə, "Bakı"nın son 3 oyunda göstərdiyi səviyyə və xarakter bir daha sübut edir ki, komandamız ölkə futbolunun aparıcı simaları sırasında özünəməxsus yerini qoruyur və gündən-günə daha da möhkəmlədir".

Məmmədov həmçinin deyib ki, komandanın "Qarabağ"la oyundan qələbə ilə dönəcəyinə inanır: "Qarşıdan gələn oyunlarda da uğurlu nəticələr qazanılmasını arzu edirəm. Komandamızın "Qarabağ"la səfər oyunundan da qələbə ilə dönəcəyinə inanıram.
Klubumuzun hədəfləri dəyişilməz olaraq qalır: "Bakı" həm çempionluq titulunun qorunması, həm də ölkə kubokuna sahib çıxmaq üçün oynayır".


oxunma sayı: 725 | Paylaş:




?>