')

Bu gün:


FutbolPress.Az | ÇEMPİONLAR LİQASINDA "MESSİMANİA"! (VİDEO)

ÇEMPİONLAR LİQASINDA "MESSİMANİA"! (VİDEO)


oxunma sayı: 669 Paylaş:

1/4 finalın digər iki qarşılaşması dünən gecə oynandı. İngiltərədə "Mançester Yunayted" "Bavariya"nı məğlub etsə də (3:2), almanların səfərdə vurduğu qollar iki oyunun nəticəsinə görə, onları yarımfinala çıxartdı.
"Bordo" doğma meydanda "Lion"u məğölub etsə də, ilk oyundakı hesab qonaların növbəti mərhələyə keçməsinə səbəb oldu.
Beləliklə, "Barselona" (İspaniya), "İnter" (İtaliya), "Lion" və (Fransa) "Bavariya" (Almaniya) qitənin ən nüfuzlu klub turnirinin yarımfinalında oynayacaqlar.

-------------------     ------------------    ------------------

Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşib. "İnter" və "Barselona" artıq mübarizəyə bu mərhələdə davam edəcək.

Qitənin ən nüfuzlu klub turnirinin ilk yarımfinalçısı "İnter" olub. İtaliya təmsilçisi SSKA ilə səfərdə "evdəki" hesabı təkrarlayıb - 1:0. Xatırladaq ki, yarımada təmsilçisi sonuncu dəfə 7 il əvvəl yarımfinala çıxmışdı.

Gecənin şousu isə Kataloniyada olub. Ötən ilin yarımfinalçısı olan "Arsenal" "Nou Kamp"a gəlməyə peşiman olub. Belə ki, hesabı ilk hissədə londonlular açsa da, hissənin sonuna qədər 3 dəfə bunun cavabını alıblar. Het-trikin müəllifsi Messidi! Argentinalı vunderkind oyunun sonunda isə poker edib - 4:1

7 mart

"Bordo" (Fransa) - "Lion" (Fransa) - 1:0
Qol:
Şamax, 45
İlk oyun - 1:3

"Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya) - 3:2
Qollar:
Darron Gibson, 3; Nani, 7; 42 - Oliç, 44; Robben, 73
Vərəqə: Rafael da Silva, 50 (qırmızı)
İlk oyun - 1:2

6 mart

1/4 final, cavab oyunları

"Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 4:1
Qollar:
Messi, 21; 37; 42; 88 - Bendtner, 18
Baş hakim: Volfqanq Ştark (Almaniya)
İlk oyun - 2:2.

MOİK (Rusiya) - "İnter" (İtaliya) - 0:1
Qol:
Sneyder, 6
Baş hakim: Stefan Lannua (Fransa)
İlk oyun - 0:1.



oxunma sayı: 669 | Paylaş:




?>