')

Bu gün:


FutbolPress.Az | HAKİM TƏYİNATLARIYLA BAĞLI ABSURD QƏRAR

HAKİM TƏYİNATLARIYLA BAĞLI ABSURD QƏRAR


oxunma sayı: 514 Paylaş:

AFFA və PFL hər dəfə Hakimlər Komitəsinin işindən razılıq bildirsə də, problemlər daha da çoxalır. Bu qurumlar vəziyyətdən çıxış yolunu isə yenidən hakim təyinatlarının oyun gününə qədər gizli saxlanmasında görür.

PFL-in rəsmi saytındakı məlumata görə, qarşıdakı turdan etibarən oyunlara təyinat alan hakimlərin adı oyun gününə qədər gizli saxlanılacaq. Hakimlər Komitəsi ədalət təmsilçilərinin ətraf mühitlə əlaqəsinə senzura qoyacaq. Bu cür tədbir ötən mövsümün sonlarında da görülmüşdü.

Bu addımın qalmaqallı derbidən sonra atılması təsadüfi deyil. Oyundan əvvəl "Palmali"nin Bakı ofisinin rəsmisi Zəfər adlı şəxsin hakim Əfqan Həmzəyevə zəng edərək, ona hədə-qorxu gəldiyi barədə məlumat var. Qurumun bu barədə heç bir ölçü götürmədiyi də məlumdu.


oxunma sayı: 514 | Paylaş:




?>