"XƏZƏR LƏNKƏRAN" - "QARABAĞ" OYUNU GÖSTƏRİLƏCƏK
Paylaş:
Deyəsən, Az.TV və «İdman Azərbaycan»ən texniki nasazlığı cəmi bir həftə çəkdi. Ötən turun iki mərkəzi oyununu ("Xəzər Lənkəran" - "Neftçi" və "Qarabağ" - "İnter") yayımlamağı məqsədəuyğun saymayan bu kanallar bu dəfə yəqin "formadadılar". Premyer Liqanın ilk "altılıq"dakı üç oyunun hamısını canlı yayımlanacaq. Tamaşaçılar aprelin 3-də "Neftçi" - "Qəbələ" (Saat 16:00, «İdman Azərbaycan», "Xəzər Lənkəran" - "Qarabağ" (Saat 18:00, AzTV) və İnter" - "Bakı" (Saat 16:00, «İdman Azərbaycan») matçlarını canlı yayımla izləyə biləcəklər.
| Paylaş: