')

Bu gün:


FutbolPress.Az | TOFİQ BƏHRAMOV "MÜƏMMASI" HAQDA ŞOK AÇIQLAMA! (VİDEO)

TOFİQ BƏHRAMOV "MÜƏMMASI" HAQDA ŞOK AÇIQLAMA! (VİDEO)


oxunma sayı: 751 Paylaş:

Ceff Herst: "Həqiqəti deməyin vaxtıdı..."

1966-cı il dünya çempionatının finalında azərbaycanlı hakim Tofiq Bəhramovun qətiyyətli qərarı hamının yadındadı. İngiltərə komandası finalda Almaniya üzərində 4:2 hesablı qələbə qazanmışdı.
Ada təmsilçilərinin vurduğu üçüncü qol hələ də mübahisəli idi. Hesab bərabər olanda Ceff Herstin vurduğu zərbə qapı tirinə dəyib, xəttin üzərinə düşmüşdü. Məhz bu məqamda laysman Bəhramov oyunun baş hakiminə qəti şəkildə qolu qeydə almağı bildirmişdi. Həmin vaxtdan sonra bu haqda onlarla sənədli film hazırlanıb, saysız məqalələr yazılıb, amma bütün iddialar sadəcə ehtimal sayılırdı.
Məhz mübahisəli qolun müəllifi Herst hər şeyi açıb dedi. 68 yaşlı futbolçu mətbuat konfransında illərdi saxladığı sirri açıb: "Həmin görüşdə almanların qapısına vurulan üçüncü qol qapı xəttini keçməmişdi. Mən bu qola görə Tofiq Bəhramova minnətdaram. Əgər bu gün sağ olsaydı, onun əlini sıxardım. Məhz Bəhramovun sayəsində dünya çempionatının finalında het-trik edib, tarixə düşdüm".
Konfransın təşkilatçılar Herstə mane olmaq istəsələr də, o, bildiklərini axıra qədər deyib: "Ürəyimdə saxladıqlarımı boşaltmalıyam. Həqiqəti deməyin vaxtıdır. Etiraf etməliyəm ki, Bəhramov qolumu düzgün qeydə almadı. Həmin epizodda aşkar səhv etmişdi. Bu, 44 ildir çiyinlərimdə ağır bir yük idi. İndi şadam ki, artıq insanlar həqiqəti bilirlər".


oxunma sayı: 751 | Paylaş:




?>