')

Bu gün:


FutbolPress.Az | MIRTLAR VADİSİ

MIRTLAR VADİSİ


oxunma sayı: 1783 Paylaş:

FutbolPress
qismet1986@gmail.com

Bu yazı futbolun taleyini "qaranlıq" dəhlizlərdən keçirdib, uzun masalar ətrafında həll eləyən futbol-mafiozlarına fatihə kimi oxunsun...

Rollarda:
Silvio Berluskoni
Palmali Mübariz
Tofiq Bəhrəmovun ruhu
Ağasəlim Mircavadov
Polad Alemdar
Yetim Eyvaz
Maradona
Banişevskinin başı
Memati
Elçin Cəlilov
II Qismət

Birinci kadr.

Silvio Berluskoninin ofisinin qabağında it yiyəsini tanımır. Qapının ağzında elə bir basabas var ki, bu basabasda bəzi qadınlar namusunu, bəzi kişilər isə arvadını itirir...
Birdən bir neçə pelerəngli maşın ofisin önündə dayanır. İçindən əvvəlcə qara eynəkli, qulaqlarında qulaqcıq olan şkaflar düşür. Bu şkafların bizim bildiyimiz şkaflardan fərqi odur ki, biz paltarı şkafın içinə qoyuruq. Burda isə əksinə paltarları şkafın üstünə geyindiriblər. Şkafların biri qara, uzun maşının arxa qapısını açır, içindən 21 əsr, 4500 seriyadı öldürülə bilməyən Polad Alemdar düşür. Camaatın arasındakı səs-küy yerini "çal-çağıra" verir. Şkafların müşayətilə Polad Alemdar Silvionun qəbuluna girir.

• Ooo.. salam Polad, nətərsən ?
• Zalım oğlu, qoy bir çatım da... (gülüşürlər)
• Çoxdandı görmürdüm səni, arvad-uşaq nətərdi ?
• Belə də brat. Arvadı dəyişmişəm kostyumun rənginə düz gəlmirdi, uşağı da istəyirəm "Neftçi"yə yazdırım...
• Nə? "Neftçi"yə ?Mırtdaşma mənnən. Elə söhbət eləyirsən ki, bişmiş pizzanın gülməyi gəlir. Keç, bu biri kresloda otur. Qoy viski süzüm sənə. Brat "Neftçi"yə adam uşaq yazdırar. Apar uşağı toxuculuq kursuna yazdır ondan yaxşıdı.
• Toxuculuğun futbola nə dəxli var Silvio? Mırtsan eee.
• Alə, nətər yəni nə dəxli var. "Neftçi" buraxmaqla məşğuldu... türkün məsəli top. Oların işi qol yeməkdən, cırıq torları təzədən toxumaqdı. Elə indidən uşağı toxuculuğa yazdır da...
• Yemək dedin öz aramızdı kökəlmisən ha Silvio deyəsən axır vaxtlar Milan yaman qol yeyir (gülür)
• Qaqa, o sizdədi elə, qol yeyib kökəlirsiz, qəm yeyib kökəlirsiz. Biz pul yeyib kökəlirik.
• Silvio, öldürdüklərimin goruna and olsun ki, bizimkilər pul yeməkdən sənə mühazirə oxuyar. İstanbul var eee...
• Hə var..
• Bizdə el arasında ona İstanpul deyirlər (Gülüşürlər)
• Polad o gün baxdım sənin "Fənərbağça"nı nə günə qoydular elə. "Bursaspor" deyəsən sizin meydana bazlığa gəlmişdi... (gülür)
• Bəsdi də Silvio... (incik halda)
• (Silvio qəfil ciddiləşərək) Polad məni axır vaxtlar çox ciddi bir məsələ düşündürür...
• (Poladın səsi də ciddiləşir) Nə? Nə düşündürür, Silvio?
• (Silvio çəkməcəsini açıb ordan bir insan başının skeletini götürür, pəncərənin qarşısına gedib skeleti bir az aralıda tutub ona baxaraq dillənir) Milan yoxsa İnter? Əsas sual budur. Bilmirəm...
• Silvio əlindəki kimin başıdı elə?
• Bu, Banişevskinin başıdı. O vaxt mən, atam onu futbola gətirəndən sonra, o bir az populyarlaşıb qudurmuşdu. Atam da başını kəsib. Arada baxanda həm də atamı xatırlayıram...
• Bizdən əvvəlkilər daha qəddar olublar e, Silvio... Yenə biz ancaq pul yeyirik.
• Nə danışırsan sən?! Mən adam tanıyıram, futbolçu ayaqlarından kolleksiyası var...
• Yaxşı da...
• Oğraşdı yalan deyən.
• Silvio, ayaq dedin acdım e, mən səhərdən yollardayam. Gedək bir tikə çörək yeyək..
• Gedək, gedək. Qoy Samirə zəng vurum Şirzadın kafesinə gedək.
Silvio əlindəki Banişevskinin başını masanın üstünə qoyur, pencəyini götürür. Çıxırlar. Otaq iki adamlıq boşalır, içəridə qəribə bir soyuqluq əmələ gəlir...

İkinci kadr.

Hadisə baş verir. Çünki Silvio Poladla çıxandan sonra otaqda Banişevskinin başı qalır. Otaqda baş var deyə, hadisə gərək baş versin. Başladıq.
Banişevskinin başı otaqda tək darıxmağa başlayır. Başlayır həmişə darıxanda etdiyi kimi Tofiq Bəhrəmovun ruhunu çağırmağa. Bunun üçün başlayır xüsusi şəkildə söylənən yarı şeir, yarı dua sözləri təkrarlamağa ...
Banişevskinin başı:
"kəllələr vurduğum topa and olsun,
Yalana and olsun, gopa and olsun,
Muğama and olsun, roka and olsun,
Pivəyə and olsun, soka and olsun,
Bu sümük-çənəmə çətin diş gələr,
Bəlkə dirol qoyum dişin yerinə...

Gözlədi - başıma yaxşı iş gələr,
Başıma top gəldi işin yerinə...
Keçsən buralardan bir dayan, dostum
Səs kimi arada qulağıma gəl.
Girməyən topları qol sayan dostum
Yaman darıxıram otağıma gəl...

Sağolsun ingilis kraliçası,

Onun küçədəki itinə qurban...
Ay qədim Bakının bığıburması,
Qızıldan düzəlmə fitinə qurban...
Məni deyərdin ki, bir az ye, kökəl...
İndi kökəldirəm mən sənsizliyi...
Hardasan ay brat yanıma tez gəl,
Darıxır başımın bədənsizliyi... "

Birdən otağın pərdələri titrədi, içəri icazəsiz bir külək girdi, masadan vərəqlər yerə töküldü. Tofiq Bəhrəmovun ruhu hakim kostyumunda içəri girdi.

• Gəldim, Anatoli!

• Xoş gəldin, səfa gətirdin Tofiq.
Stadionu "Şəfa" gətirdin Tofiq.
• Anatoli başın xarab olub? Şairliyə başlamısan...
• Əşşi yox e, özüm üçün mırtdaşıram da...
• Ağıllı ol. Başını itirmə
• Tofiq, sən, necə oldu, qızıl fit aldın e? Adam da belə bəxt olar girməyən top, Dünya çempionatı finalı...
• Qaqa bilirsən mən ruhumu şeytana satmışam...
• Tofiq tullan da burdan. Ruhumu şeytana satmışam nədi?
• Şitdəşmə, ciddi deyirəm. Bax mənim qızıl fiti aldığım il neçənci il idi?
• 66-cı il, noolsun ki?
• 3 dənə 6 - şeytanın rəqəmidi.
• Onu nənəm də bilir. Burda axı 2 dənə 6 var.
• Qaqa oyunun hesabı olmuşdu 4-2. 4+2 bərabərdi 6-ya. Bu da sənə 3-cü 6.
• Aaaa.. doğurdan eee...
• Hə, bəs nə bilmişdim mən o qolu saydım ki, 3-cü 6 alınsın ki, mən qızıl fitə sahib olum.
• Nə sirri var ki, o qızıl fitin?
• O qızıl fit ədalətsizliyin simvoludu. Mən o fitə sahib olandan bəri mənim və mənim fitimin lənəti bizim futbolun üstündədi. Neçə illərdi bütün oyunlar satılır, hakimlər satdıqları oyunların üstündən mənim ruhuma su kimi and içirlər. Heykəlimi də elə-belə qoymayıblar...
• Hə Tofiq səndə nələr varmış...
• Mən ruhunu şeytana satmış, ədalətsizliyin heykəlləşmiş övladı Tofiq Bəhrəmovam!!!

(ardı ola bilər)

Yazarın bütün yazıları

oxunma sayı: 1783 | Paylaş:




?>