')

Bu gün:


FutbolPress.Az | Vacib kəllə

Vacib kəllə


oxunma sayı: 1339 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

Dostlar demişdi ki, televizora baxarsan, Lənkərandakı oyunun cırışma səhnələri eksklüziv göstəriləcək. Mənə ən çox maraqlı olan isə "sss-s-s... (narahat olmayın, mentalitetdəniraq söz deyil- müəl.) ..evirəm də yaxçı futbolnan qqqə...ləbəni" fasonunda danışan şöhrətli məşqçimiz Ağasəlim Mircavadov babanın kəlləatma səhnəciyi idi.
Baxdım.
Bununla, göyçəkliyinə görə, Kakanı da geridə qoyan aparıcı Emin Abbasovun verilişinin №1 olduğu bir daha yadıma düşdü. Halaldı, Azərbaycanın heç bir yerində o kəlləatma epizoduna rast gəlmədim, heç yerdə göstərmədilər, tapıb çıxartmışdı.

Bu kəllə məsələsi xalqımızın adət-ənənəsinə görə, çox dərin mənaya malikdi. Kəllə-paça söz birləşməsini çıxmaqla, qalan bütün kəllələr dərin söhbətdi. Məsələn, kiminsə var-dövləti çoxdu, ona deyirlər, çox kəlləli adamdı. Ancaq heç kəsin vecinə deyil ki, hardandı bu qədər varidat, bəlkə elə onun da payı var orda... Yaxud kimsə savadlıdı, çox oxuyandı, camaatımız onu da kəlləli adlandırır; amma mən fikirləşirəm ki, bizdə çox oxuyan adama bəzi hallarda "filankəs bir az dəlidi", ya da "çox oxuduğundan, başı xarab olub" kimi adlar da verirlər. Yəni aydın oldu ki, kəllə - xalqımızın həyat tərzinə xas olub, çox vacib və mənalı bir xüsusiyyətə malikdi. Tərifini də verdik...

Hesab eləyirəm ki, Ağasəlim hocamızı cəzalandırarkən federasiya yetkililəri (burda başbilənləri sözü də yerinə düşür) məhz kəllə sözünün xalqımızın adət-ənənəsində etimoloji əhəmiyyətini nəzərə almalıydılar. Almayıblar və bununla düzgün eləməyiblər.
Şöhrətli məşqçimiz kiməsə kəllə atıb... Bilirsiz, bu da heç düzgün iş deyil. Axı səhərdən kəllədən bu qədər nümunəvi şeylər danışırıq. Heç kəllə atmaq olarmı? Bu düzgündürmü? Sizcə, kəllə atmaq, onunla bərabər çox şeyi atmaq demək deyilmi?. Bilirsiz də, atmaq feli, tullamaq feliylə yaxın şeylərdi. Həqiqətən, heç yaxşı olmadı...

Hökmdar AFFA qərar çıxarıb Ağasəlim babanı 4 oyunluq cəzalandırdı. Burda da mübahisəli məqam yaranıb: bir tərəf fikirləşir ki, zəif cəzadı, bu yaşında kəllə atan bir adam mentalitetimizə heç cür yaraşmayan bir işə əl atıb, digər tərəf isə əvvəldən bildirmişdi ki, şöhrətli futbol akademikimizin bu həddə çatması heç də səbəbsiz deyil, məsələ incələnməlidi və qərar veriləndə bunlar nəzərə alınmalıdı. Həqiqətən, mübahisəli məqamdı, "mübahisəli top" qərarı da işə yaramır, çünki ortalıqda top yox, kəllə söhbəti var... Bəs səlində çıxış yolu nədədi?
Əşşi, sizə çıxış yolu lazımdı..?

Koroğlu bığlı, Babək cüssəli Ramin Musayev başvernələrə görə, futbol öndərimiz Rövnəq Abdullayevdən xeyli neft iyi verən sözlər eşidib. Hiss olunur, xəcalətin biri bir qəpik... Danlaq mətnindəki ağırçəkili ifadələrdən o qədər utanıb ki, Əfqan Həmzəyevin oyunu pis, qərəzli, faciəvi idarə elədiyini deyənlərə qarşı "xətti müdafiə" qurub.

Mənim futboldan, xoşuma gəlməyinə baxmayaraq, sıfır qədər də başım çıxmır, amma uşaqlar oyunu canlı şəkildə izləyiblər və rahatlıqla deyirlər ki, Həmzəyev soyadlı bu mömin bəndə oyunda çox "müqəddəs" qərarlar veribmiş. Əşşi, özü bilər, əsas odu ki, o dünyada fitini çalmağa bu dünyada səbəb qazansın. Əuzu-billah, mollalıq tutmamış məni, abzası bitirim...

Əsas odur ki, Lənkəran komandası cəzalandırma qərarından sonra Rövnəq müəllimə təşəkkürnamə göndərib. Deyiblər ki, çox sağ olun, bizi çox sıxmayıbsız, yaxşı qərarlardı, razıyıq sizdən, Allah da razı olsun. Vəssalam, qayda-qanun, həqiqət, peşəkar qərar, obyektiv yanaşma - bunlar getdi soyunub-geyinmə otağına...

Hər iki tərəf razıdısa, onda nə və niyə yazırsız? Eşitdiyimə görə, əvvəllər reklam pulu olurdu, indi o da verilmir. Yazmayın da, heç nə yazmayın, gedin bu işdən, ölkəmizdə yeddi yüz min iş yeri açılıb qalıb böyrü üstə, gedin hərəniz birində işləyin, özünüzə iş tapın, iş! Burda hər iki tərəf bir-biriylə razılaşıb, yazmaq faydasızdı...
Ara yerdə Ağasəlim babanın kəlləsi getdi e... Əsas odu, cəhdlərimz boşa getməsin.

Gəlin, kəllə(lər)imizin qədrini bilək, hara gəldi, atmayaq. İndiki zamanda yaxşı kəllə tapmaq asan deyil.

Yazarın bütün yazıları

oxunma sayı: 1339 | Paylaş:




?>